English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Beynəlxalq Ana Dili Günü tutulan cənublu fəalın ailəsi təhdid edilir

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, Beynəlxalq Ana Dili Günü ərəfəsindən etibarən güneyli dil haqları müdafiəçilərinə qarşı təzyiqlər və təhdidlər hələ də davam etməkdədir. Hüquq müdafiəçiləri fəalların ailələrinin də təhdid edildiyini bildirir.Aydin_Zakiri

Oyan News veb səhifəsinə istinadən, Ərdəbil vilayətinin Xiyav şəhərində nəzarət altına alınan Aydın Zakirinin xalçayuma şirkəti müvafiq dövlət orqanı tərəfindən möhürlənib.

Aydın Zakiri və digər güneyli fəal Fərdin Novbəxt fevralın 21-də Xiyavın yaxınlığında Qaradərviş kəndində həbs ediliblər.

Hər iki fəal ötən illərdə də fəaliyyətləri üzündən həbs və mühakiməyə məruz qalıb.

Günaz TV saytı isə bəzi digər fəallar və ailələrinin iş yerlərinin bağlanacağına dair təhdidlər aldığını qeyd edir.

“Təhlüksizlik məmurları milli fəal Purya İsmayıloğlunun evinə müraciət edərək ailəsindən övladlarının fəaliyyətləri və tanınmış fəal Abbas Lisani ilə əlaqəsinə mane olmaqlarını istəyiblər. Məmurlar İsmayıloğlu ailəsini iş yerlərini bağlamaqla təhdid ediblər,” deyə Güney Azərbaycan Televiziyası bildirib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter