English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Zavod direktoru aksiya keçirən 500 təbrizli işçini tamahkarlıqda günahlandırır

İran xəbər agentlikləri Təbriz Neft-Kimya şirkətində çalışan 500-dən artıq işçinin Təbriz Əmək və Sosial Müdafiə idarəsi qarşısında piket keçirdiyi ilə bağlı məlumat yayıb.

Yayılan məlumata görə, şirkətin baş icraçı direktoru yeni hicri ilinin ilk günündən (21 mart) etibarən “birbaşa əmək müqaviləsi” ilə çalışan yüzlərlə işçinin zavoda girişinə mane olub.

“Bu işçilər 1394-cü hicri ilində yeni əmək müqaviləsi imzalamaqdan imtina edib. Onlar artıq illik müvəqqəti müqavilə ilə çalışmaq istəmədiyini və maaşlarının rəsmi işçilərin maaşının dörddə biri olmasını ayrı-seçkilik kimi dəyərləndirirlər,” deyə İLNA xəbər agentliyi etiraz aksiyasında iştirak edən bir fəhləyə istinadən yazıb.

Narazı işçilər gördükləri işin daimi mahiyyət daşıdığı üçün işə götürənin də İran əmək qanunun 1, 2 və 7-ci maddələrinə əsasən onlarla daimi müqavilə bağlamaqla mükəlləf olduğunu önə çəkirlər.

İLNA Təbriz Neft-Kimya şirkəti işçilərinin bundan öncə də dəfələrlə aksiya təşkil edərək, məruz qaldıqları ayrı-seçkiliyə etiraz etdiklərini bildirir. Onlar keçən dörd gündə də zavod qarşısında piket təşkil ediblər.

Şirkətin baş icraçı direktoru Əlirza Sədri isə zavodun birbaşa müqavilə ilə çalışan işçilərə qarşı haqsızlıq etmədiyini irəli sürərək, etirazçı işçiləri tamahkar olmaqda günahlandırır.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter