English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Urmu gölü quruyur

AZOH: Urmu gölünün qurumaq təhlükəsi getdikcə artır. Artıq göldə suyun səviyyəsi son yüz ildə minimum həddə çatıb. Bu barədə məlumat verən Qərbi Azərbaycanın Ətraf Mühiti Qoruma İdarəsinin məsulu Həsən Abbasnejad bəyanlayib ki, hazırda Urmu gölünün 53 faiz hissəsində suyun səviyyəsi aşağı düşüb. O bildirib ki, quraqlıq, havanın istiləşməsi, buxarlanma və s. hallar davam edərsə, gölün durumu böhran vəziyyətinə çatacaq.

Xatırladaq ki, Urmu gölü Güney Azərbaycanın quzey-qərbində və Xəzər dənizinin güneyində yerləşir: "Güney Azərbaycanın ən böyük gölü olan bu göl dünyanın ikinci duzlu gölü kimi 1984-cü ildən YUNESCO-da təbii xəzinə kimi tanınır. Ancaq Güney Azərbaycanın təbii tarazlığını qoruyan Urmu gölü son illərdə fars şovinist rejiminin apardığı məqsədyönlü siyasət nəticəsində qurumaq təhlükəsilə qarşı-qarşıya qalıb.

Belə ki, əkinə yararlı torpaqların suvarılması üçün gölə axan təbii çayların istiqamətinin dəyişdirilməsi, çaylar üzərində xeyli sayda su bəndlərinin tikilməsi, gölün üzərindən Təbrizlə Urmu şəhərlərini birləşdirən körpünün çəkilməsi və s. nəticəsində hazırda göldə suyun səviyyəsi 7 mert aşağı düşüb. Bu göstərici isə kritik normadan 2 metr aşağıdır. Bölgədə 17-si tikilməkdə olan 21 bənd var. 5200 kvadrat kilometr sahəsi olan Urmu gölündə hazırda hər litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edilb. Eyni zamanda Urmu gölünün 150 hektarı artıq duz səhrasına çevrilib. Hətta mütəxəssislər də ciddi tədbirlər görülməyəcəyi təqdirdə gölün 6-7 il ərzində yer üzündən silinəcəyi barədə xəbərdarlıq edirlər. Bu da ərazinin tamamilə səhraya çevrilməsinə və müxtəlif problemlərin yaranmasına gətirib çıxaracaq. 102 adası olan Urmu gölü flaminqo və ağ pelikan kimi bir çox köçəri quşların yaylağı olmaqla bərabər, dünyanın nadir və qiymətli su canlılarından olan artmianın yaşayış məskənidir. Ekoloji qeydiyyata görə, Urmu gölündə 546 növ bitki mövcuddur. Hazırda göldə yaşanan bu böhranlı vəziyyət artmianın, bir çox quşların sayının azalmasına səbəb olub və onların nəslinin kəsilməsi təhlükəsini artırıb. Urmu gölünün suyunun çəkilməsi duzlaqların ortaya çıxmasına səbəb olub. Küləklər vasitəsilə ətrafa yayılan duzlar həm insanların səhhətinə ciddi mənfi təsir göstərir, həm də əkin sahələrini yararsız hala salır. Bununla da Güney Azərbaycandakı münbit ərazilərin ekoloji tarazlığı pozulur.

Qeyd edək ki, 1930-cu illərdə İran şahının şərəfinə Rezaye adlanırdı, lakin gölün siyasiləşməsi bundan daha əvvəllər başlanıb. Onun adına ilk dəfə olaraq eramızdan əvvəl 9-ca əsrdə Akkad krallarının salnamələrində rast gəlinir. Azərbaycanı işğal etmiş monqol xanı Hülakünün da məzarı gölün onlarca adasından birindədir.

XALQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter