English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

ERMƏNİSTAN NATO-nu ŞANTAJ EDİB

AZOH: WikiLeaks alyansın 2004-cü ildə Bakıdakı təlimlərinin təxirə salınması ilə bağlı qalmaqalın pərdəarxasını açıqladı

WikiLeaks saytı ötən il ələ keçirdiyi məxfi Amerika diplomatik teleqramlarından daha birini yayıb. Bu dəfə sənəd 2004-cü ildə NATO-nun Bakıda planlaşdırılan təlimlərinə erməni zabitlərinin qatılması məsələsi ilə bağlı Azərbaycan, Şimali Atlantika alyansı və Ermənistan arasındakı gərginlikdən gedir. ABŞ-ın İrəvandakı o vaxtkı müvəqqəti işlər vəkili Entoni Qodfri Vaşinqtona göndərdiyi teleqramda yazıb ki, rəsmi Bakının təlimlərdə erməni zabitlərinin iştirakına icazə verməməsi üzündən İrəvan NATO ilə münasibətləri kəsməyə hazır olub.

Diplomat yazır ki, Ermənistanın o vaxtkı rəhbərliyi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində təşkil olunan həmin təlimlərdə erməni zabitlərinin iştirakının təmin edilməsini alyans üçün sınaq kimi qiymətləndirib. İrəvan bildirib ki, əgər ABŞ və NATO Ermənistanla işləmək istəyirsə o zaman erməni zabitlərinin bu təlimdə iştirakı üçün Bakıya təzyiq göstərməlidir.

Teleqramda xatırladılır ki, təlimlərdə iştirak etmək üçün ayrılan beş erməni zabiti Azərbaycanın Tiflisdəki səfirliyindən viza ala bilməyib. Məsələ ilə bağlı Ermənistan prezidenti və müdafiə naziri də daxil olmaqla rəsmi şəxslər NATO-ya təzyiq göstərməyə çalışıblar. Təmaslar zamanı bildirilib ki, Ermənistan bundan əvvəl öz ərazisində keçirilərkən NATO təlimlərinə Türkiyə hərbçilərinin iştirakını təmin edib, həmçinin Azərbaycan tərəfini də təlimlərə qatılmağa dəvət edib. Ermənistan rəhbərliyi NATO-nun Azərbaycana təzyiq edərək erməni zabitlərinin təlimlərə qatılmasını təmin etməli olduğunu ifadə edib. Lakin Bakıya göstərilən təzyiqlər nəticə verməyib və NATO qüvvələrinin komandanı, amerikalı general Ceyms Cons təlimlərin ləğv edilməsi barədə qərar verib.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter