English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Əli Rzayi müvəqqəti azadlığa buraxılıb

Fevral ayının 4-də Dünya Ana Dili Günü ərəfəsində Tehranda həbs edilən türk dil haqları fəalı Əli Rzayi 3 aydan artıq Evin həbsxanasında saxlandıqdan sonra mayın 10-da zəmanət qarşılığında sərbəst buraxılıb.

Amerikanın Səsinin fəalın yaxınlarından əldə etdiyi məlumata görə, Tehran İnqilab Məhkəməsində “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamı ilə mühakimə edilən Rzayi 150 milyon tümənlik zəmanət qarşılığında müvəqqəti olaraq azad edilib.

Şiva Dadaşzadə həyat yoldaşı həbsdə ikən Amerikanın Səsinə müsahibədə Ettelaat tərəfindən təhdid edildiyini söyləmişdiŞiva Dadaşzadə həyat yoldaşı həbsdə ikən Amerikanın Səsinə müsahibədə Ettelaat tərəfindən təhdid edildiyini söyləmişdi

Əslən Qərbi Azərbaycan vilayətindən olan fəal fevralın 4-də Tehranın Mehrabad hava limanında İranın Bəndər Abbas şəhərinə gedərkən Ettelaat məmurları tərəfindən nəzarət altına alınmışdı.

Əli Rzayinin xanımı Şiva Dadaşzadə ötən aprel ayında Amerikanın Səsinə verdiyi müsahibədə həyat yoldaşının vəziyyəti ilə əlaqədar fəaliyyət göstərdiyi üçün təhlükəsizlik qurumları tərəfindən təhdid edilərək idarəetmə sahəsində çalışdığı Payam Noor Universitetindəki işindən çıxarıldığını qeyd etmişdi.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter