English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İran Azərbaycanında müəllim və işçi mitinqləri

İran mediasının yaydığı məlumata görə, ötən günlərdə Azərbaycan vilayətlərində ölkənin digər bölgələri ilə bərabər davam edən müəllim etirazlarından əlavə Qəzvin, Ərdəbil və Şərqi Azərbaycan vilayətlərində işçi mitinqləri də təşkil olunub.

Yayılan məlumata istinadən, Təbriz, Ərdəbil, Urmiyə, Zəncan, Həmədan və Qəzvin şəhərlərində yüzlər müəllim təhsil nazirliyi binaları önünə toplanaraq müəllimlərin ümumölkə “səssiz mitinqlərinə” qatılıblar.

Təbriz mitinqlərində açılan plakatlar üzərindəki yazılarda ayrı-seçkilik siyasətlərinə qarşı bütün müəllimləri ayağa qalxmağa çağırarkən, etirazlara qatılan müəllimlərin adlarının Şərqi Azərbaycan təhsil idarəsi tərəfindən polisə verilməsinə etiraz bildirilib.

Təbriz mitinqləri ilə bağlı xəbərləri Dana və Anaj kimi xəbər saytları yayıb.

Həmçinin İLNA xəbər agentliyi Qəzvin şəhərində iki aydır maaş almayan İran Elektrik Sayğac Qayırma zavodunun işçilərinin etiraz aksiyası keçirdiyini bildirib. Maaşını almayan 480 işçidən təqribən 60 nəfəri zavodun idarəetmə ofisinə toplanaraq həm gecikmiş maaşlarını, həm də sığorta problemlərinin çözülməsini tələb ediblər.

Ərdəbil vilayətinin yerli internet qəzetlərinin yaydığı xəbərə görə, ötən günlərdə müxtəlif bölgələrdə çalışan işçilər Ərdəbil Sosial Müdafiə idarəsi önündə mitinq təşkil edərək məsulları əməkçilərin sığorta problemlərinə diqqət göstərməyə çağırıblar.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter