English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Cənubi Azərbaycanda “yalan və ayrı-seçkiliyə qırmızı kart” kampaniyası

Mayın 15-də Təbriz stadionunda baş verən və “dünya futbol tarixində bənzəri görünməyən rüsvayçılıq” kimi dəyərləndirlən hadisələr dünya mediasının gündəminə çıxarkən, sosial şəbəkələrin güneyli istifadəçiləri həmin olaylara etiraz olaraq “yalan və ayrı-seçkiliyə qırmızı kart” kampaniyası başladıblar.qirmizi_kart

Kampaniyaya qatılan güneylilər sosial şəbəkələrdə qırmızı kart şəkilləri paylaşaraq “Traktorsazi” komandasına verilən yalan məlumat məsələsinə diqqət çəkməklə yanaşı “hakimiyyətin Azərbaycana verdiyi yalan vədlər, ədalətsizlik, assimilyasiya və türk düşmənliyinə” qırmızı kart verdiklərini yazırlar.

İran xəbər agentliklərinə müsahibə verən bir çox futbol eksperti o cümlədən “Traxtor”un son matçında rəqibi olan Tehranın “Neft” klubunun baş məşqçisi Əlirza Mənsuriyanın sözlərinə görə, verilən yalan məlumat, eləcə də Təbriz stadionunda internet, TV, radio və telefon əlaqələrin kəsilməsi Traktorsazinin çempionluğu ala bilməməsi istiqamətində təsir buraxıb.

Təbriz stadionunda baş verən olaylar The Huffington Post, Star Qəzeti və Əl-Ərəbiyə kimi ingilis dilli, habelə Türkiyə və Ərəb ölkələrinin tanınmış mediasında işıqlandırılıb.

Olaylar Türkiyə mediasında “İranda türk komandasına haqsızlıq yapıldı, Təbriz qarışdı” və “Güney Azərbaycanda türklerin komandası Traktorun çempionluğu hiylə ilə əlindən alındı” kimi ifadələrlə dəyərləndirilib.

Təbrizdə Traktorsazi azarkeşləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmaya işarə edən The Huffington Post olayları “etnik gərginliklər İranın futbol meydanlarına girir” başlığı ilə gündəmə gətirib. The Guardian isə etirazlara işarə etmədən yalan məlumat nəticəsində Traktorsazinin çempion olduğunu zənn edən baş məşqçisi Antonio Oliveyranın sevindiyini göstərən şəkli “Sevincin acıya çevrilməsindən öncə” başlığı ilə nəşr edib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter