English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İSRAİL "ERMƏNİ GENOSİD"İNİ ANIMAQDAN İMTİNA ETDİ

AZOH: İsrailin qanunvericilik üzrə nazirlik komissiyası professor Arye Eldadın qondarma erməni soyqırımına həsr olunmuş “xatirə günü”nün tətbiqinə dair qanun layihəsini qəbul etməkdən imtina edib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, deputat Eldad hər il 24 aprel tarixində məktəblərdə guya 1915-ci ildə baş verən faciəvi hadisələr barəsində danışılmasını təklif edibmiş. O, hökuməti Türkiyədən qorxmamağa və qondarma erməni soyqırımını tanımağa çağırıb, lakin nazirlik komissiyasında onun təklifinə məhəl qoyulmayıb.

Xatırladaq ki, 23 may tarixində “İsrail bizim evimizdir” fraksiyasından olan xarici işlər nazirinin müavini Dani Ayalon bəyan edib ki, “Knessetin “erməni soyqırımı”nı tanıyacağına heç bir şans yoxdur: "Bu, mümkün deyil. Biz yüz il əvvəl baş verən hadisələrlə bağlı mübahisəli tarixi məsələlər üzündən müsəlman dünyasında əsas strateji tərəfdaşımız olan Azərbaycanla münasibətlərimizi korlaya bilmərik”.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter