English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İran və Ermənistan prezidentləri telefonla danışıblar

AZOH: Ermənistan prezidentinin mətbuat xidmətindən alınan məlumata görə, bu gün presidenti Serj Sarkisyan İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadla telefonla danışıb.

Məlumatda deyildiyinə görə, Ermənistan və İran prezidentləri ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı maraq kəsb edən bir sıra sahələrdə əməkdaşlığın fəallaşdırılması ilə və regional proseslərlə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığının İran tərəfinin təşəbbüsü ilə baş verdiyi bildirilir.

Xatırladaq ki, İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın bu ayin əvvəlində Ermənistana gözlənilən səfəri son anda təxirə salınmışdı.

Ermənistan prezidentinin mətbuat xidmətinin rəsmi məlumatına görə, tərərflərin razılığına əsasən təxirə salınmış görüş “daha münasib vaxtda baş tutacaq”.

Eyni zamanda məsələni İRNA agentliyinə şərh edən İran prezidenti administrasiyasının əlaqələr və informasiya şöbəsi rəhbərinin müavini Məhəmməd Həsən Salehi Maram Mahmud Əhmədinejadın səfərinin təxirə salındığını qəbul edən tərəfin səfər zamanı təqdim ediləcək sənədlərin vaxtında hazirlaya bilmədiyi ilə izah edib.

O, deyib ki, İran prezidenti sənədlər hazır olduğu zaman Ermənistana gedəcək.

Ermənistan prezidentinin mətbuat xidmətindən daha əvvəl alınan rəsmi məlumata görə isə, Serj Sarkisyanın dəvətilə İran prezidentinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 6-da Ermənistana səfər etməliydi.

Mahmud Əhmədinejadın Ermənistan prezidenti Serj Sarkisyanla və parlamentin sədri Hovik Abrahamyanla görüşləri zamanı iqtisadi əməkdaşlıq, xüsusilə, energetika sahəsinə aid məsələlərin müzakirə olunacağı nəzərdə tutulurdu.

Mahmud Əhmədınejad İran prezidenti vəzifəsində ilk dəfə Yerevana 2007-ci ildə rəsmi səfər edib.

Lakin həmin səfər, reqlament üzrə nəzərdə tutulan Erməni soyqırımı xatirə kompleksinə baş çəkməzdən qabaq, qəflətən yarımçıq qalıb və Əhmədinejad “təxirəsalınmaz işləri olduğuna görə” Tehrana qayıtmışdı.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter