English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Müxalifət Bakının müxtəlif yerlərində mitinq cəhdi edib

AZOH: İyunun 19-da Bakıda müxalif İctimai Palatanın növbəti mitinq cəhdi olub.

Mediaforum.az saytı xəbər verir ki, İctimai Palata Bakının müxtəlif yerlərində - metronun “Gənclik”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Neftçilər” stansiyaları, “Nərimanov” kinoteatrı, Kukla Teatrı və Ayna Sultanovanın abidəsi qarşısında aksiyalar keçirib.

Sayt bildirir ki, İctimai Palatanın Koordinasiya Şurası 19 iyun etiraz aksiyaları ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir ki, 19 iyun kütləvi etiraz hərəkatının yeni mərhələsidir: “İlk dəfə Bakı şəhərinin 12 müxtəlif məntəqəsində eyni vaxtda etiraz aksiyaları həyata keçirilib. Aksiyalar Yeni Günəşlidən başlayaraq Yeni Yasamal yaşayış sahələrinə qədər bütün şəhəri əhatə edib. Onların bir çoxunun İctimai Palatanın üzvü olmayan gənclərin təşkil etdiyi könüllü etiraz hərəkətləri olması diqqət çəkir.

19 iyun aksiyası Azərbaycan vətəndaşlarının kütləvi etiraz gününə çevrilib. Aksiyadan sonra ayrı-ayrı məhəllələrdə, həyətlərdə, yaşayış sahələrində müstəqil mitinq qruplarının təşkil olunması və növbəti etiraz gününə hazırlıqların başlanması haqqında məlumatlar var.

İctimai Palata vətəndaşların bu fəallığını yüksək qiymətləndirir, eyni zamanda bildirir ki, demokratik hərəkat dinc, idarə olunan və mütəşəkkil formalarda davam etdirilməlidir. İctimai Palatanın növbəti sessiyası yaranmış yeni vəziyyəti müzakirə edəcək və növbəti aksiyalar, növbəti addımlar barədə müvafiq qərarlar qəbul edərək ictimaiyyətin diqqətinə çatdıracaq”.

Yenə də Mediainfo.az bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsi və paytaxt prokurorluğu birgə məlumat yayıb. Məlumatda deyilir: “Özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyalarının üzvləri 2011-ci il iyunun 19-da paytaxtın müxtəlif yerlərində toplantıların təşkili və keçirilməsi qaydasını və ictimai asayişi pozan hərəkətlərə yol veriblər.

Əksəriyyəti Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri olan bu qanunsuz aksiyanın iştirakçıları saat 17-dən başlayaraq ayrı-ayrı kiçik qruplarla əhalinin dincliyini, hüquq və azadlıqlarını, şəhər nəqliyyatının normal fəaliyyətini pozub, onları hüquq qaydasına riayət etməyə dəvət edən polis əməkdaşlarına müqavimət göstərib, xırda xuliqanlıq əməlləri törədiblər.

Görülmüş tədbirlərlə ümumi sayı 80 nəfərədək olan aksiya iştirakçılarından toplantıların keçirilməsi qaydasını pozmuş, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama və xırda xuliqanlıq xətaları törətmiş 23 nəfəri saxlanılıb.

Onların əməlləri qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün sənədləşdirilərək 10 nəfər barədə toplanmış materiallar aidiyyəti məhkəmələrə göndərilib, daha 13 nəfər haqda ərazi polis orqanlarında müvafiq qərarlar qəbul edilib”.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter