English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

AŞ PA-da Dağlıq Qarabağ üzrə Alt komitənin iclası keçirilib

AZOH: Ermənistan tərəfi komitənin iclasında iştirak etməkdən imtina edib

AŞ PA-nın yay sessiyasının ilk iş günündə qurumun Dağlıq Qarabağ üzrə Alt komitəsinin iclası keçirilib. Ermənistan tərəfi komitənin iclasında iştirak etməkdən imtina edib. Bu barədə jurnalistlərə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov məlumat verib. "Bu gün Avropa Şurasında çox vacib bir hadisənin şahidi olduq.

Dağlıq Qarabağ üzrə Alt komitənin iclası baş tutdu və keçirildi. Bildiyiniz kimi, cari ilin yanvar ayında AŞ PA Bürosu yekdilliklə qərar qəbul etdi ki, Dağlıq Qarabağ üzrə Alt komitənin fəaliyyəti bərpa edilsin. Onun tərkibi də müəyyən olundu. Erməni tərəfi bu komitəyə gəlmədi. Amma biz dəfələrlə demişik ki, ermənilərin gəlib-gəlməməsi komitənin işinin bərpasına əngəl yaratmamalıdır. Komitə sadəcə nəzərə almalıdır ki, AŞ-nin qərarına hörmət etməyən Ermənistan komitənin işindən imtina edir. Bu da bir daha kimin konstruktiv, kiminsə qeyri-konstruktiv mövqedə dayandığını göstərir. Tam səmimi deyim ki, bu məsələdə müzakirə olundu ki, ermənilər bu komitəyə gəlməlidir. Bu formatda dialoq aparmaq konstruktiv olmaq deməkdir. Bu formatdan imtina etmək xoşagəlməz nəticələrə gətirib çıxara bilər"

S.Seyidov hesab edir ki, Azərbaycan tərəfinin qarşıya qoyduğu məqsədə artıq nail olub. AŞ Parlamenti, Komitəsi səviyyəsində konkret olaraq, özü üçün bir daha sübut etdi ki, Azərbaycan tərəfi danışıqlar prosesində, Dağlıq Qarabağ məsələsində həddindən artıq konstruktiv, başa düşülən və Avropa dəyərlərinə uyğun olan beynəlxalq qanun çərçivəsində qəbul olunan hərəkət, davranış edib, edir və bundan sonra da edəcək".

Millət vəkili bildirib ki, Ermənistan tərəfinin Alt komitənin işində iştirak etməsi özlərindən başqa heç kimə problem yaratmayacaq.

"Bu komitənin fəaliyyəti ona dəlalət edir ki, bu komitə vasitəsilə AŞ kimin hansı mövqedə olduğunu görməyə başlayır. Bu gün Ermənistan öz mövqeyini göstərdi. Bundan sonra onların komitəyə gəlib-gəlməməsi məsələsi artıq o qədər də böyük əhəmiyyət kəsb etmir. Hesab edirəm ki, gəlsələr lap yaxşı olar. Onlara ünvanlanacaq suallarımız, mövqeyimiz və müzakirə olan məsələlərimiz də var. Gəlməsələr, özlərindən başqa heç kimə problem yaratmayacaqlar. Dağlıq Qarabağla bağlı danışıqlar prosesi Azərbaycanın Prezidenti və xarici işlər nazirinin birbaşa diqqət dairəsində olan məsələlərdir. Ancaq AŞ-də bu şəkildə belə münasibəti Ermənistan Prezidentinin quruma gəlişi ərəfəsində görürüksə, bir millət vəkili kimi inanmıram ki, Ermənistan danışıqlar zamanı hansısa konstruktiv mövqedən çıxış etsin. Konstruktiv mövqe göstərmək istəyən tərəf ən azı gəlib, komitənin işində iştirak edib hansısa bir fikir mübadiləsi aparardı", - millət vəkili deyib.

SHERQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter