English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Avropa Oyunları İran mediasında necə əks olunur

İran xəbər agentlikləri və ölkədə fəaliyyət göstərən medianın Azərbaycan Respublikasında keçirilənBbirinci Avropa Oyunları haqda yaydığı reportajlarda fərqli yanaşmalar müşahidə olunur.

İnqilab Keşikçiləri Korpusuna (Sepah) yaxınlığı ilə tanınan yarı-rəsmi Fars xəbər agentliyi, eləcə də əksəriyyəti İran Azərbaycanında fəaliyyət göstərən və bəzi güneylilər tərəfindən “Pan-Azəri” xəttini təmsil edən media Avropa Oyunları haqda xəbərləri ümumiyyətlə mənfi istiqamətdə əks etdirir.

“Avropa Oyunlarının açılışında Azərbaycanın şeytanlığı, Nizamini də müsadirə etdilər” başlığı ilə açılış mərasiminin xəbərini yayan Fars agentliyi xüsusilə açılış mərasimində Nizami Gəncəvinin əsərlərini əks etdirən kompozisiyaların nümayiş etdirilməsi və israilli idmançıların oyunlarda iştirakını tənqid edib.

Çovqan oyununun UNESCO siyahısına daxil edildikdən sonra xəbər agentliyi tərəfindən yayılan karikaturaÇovqan oyununun UNESCO siyahısına daxil edildikdən sonra xəbər agentliyi tərəfindən yayılan karikatura

“Avropa ölkələri üçün o qədər də önəmli olmayan oyunların açılış mərasimində Azərbaycan bir şeytanlıq edərək İranzəminin qocaman şair və filosofu Nizami Gəncəvini Azərbaycanın milli simvolu kimi təqdim etdi. Azərbaycan bundan əvvəl də, o cümlədən, Çovqan oyununu UNESCO siyahısına daxil etmək məsələsində bu növ şeytanlıqlar etmişdi,” deyə agentliyin veb səhifəsində qeyd edilib.

İranda “İranzəmin” termini ümumiyyətlə tarixdə İranda hakimiyyətdə olan müxtəlif imperatorluqlar və krallıqlar tərəfindən idarə olunmuş bütün ərazi o cümlədən, Qafqazlar, Orta Asiya və Əfqanistan üçün istifadə edilir.

Avropa Oyunları ilə bağlı ən çox xəbər yayan media İran Azərbaycanında fəaliyyət göstərən və güneyli fəalların “Pan-Azəri” adlandırdığı cərəyanlara bağlı olan portallar və internet qəzetləridir.

Oyunlar haqqında ətraflı və adətən mənfi xəbərlər yayan Təbrizin Aran News xəbər agentliyi bu istiqamətdə Avropa Oyunları üçün xərclənən vəsait, Human Rights Watch təşkilatının bəyanatı, Red Pepper jurnalının jurnalisti Emma Hyuzun saxlanılıb Azərbaycandan deportasiya edilməsi, habelə jurnalist Emin Hüseynovun ölkəni tərk edib İsveçrəyə getməsini ayrı-ayrı yazılarda gündəmə gətirib.

İSNA və Təsnim agentlikləri isə İranın idman və gənclər naziri Mahmud Qudərzinin açılış mərasimində iştirakı, həmçinin əslən İrandan olan Azərbaycan milli yığmasının güləşçiləri Sabah Şəriəti və Saman Təhmasibinin əldə etdiyi nəticə ilə bağlı məlumat yayıblar.

İran Radio və Televiziya Təşkilatının veb səhifəsi Azadlıq qəzetinin saytı Azadliq.info-ya istinad edərək İsrail mediasının oyunlarla bağlı yazılarına yer verib.

Avropa Oyunlarının açılış mərasimindən şəkillər yayan İran Radio Televiziya Təşkilatına bağlı olan Gənc Jurnalistlər Klubu mərasimin möhtəşəm şəkildə və müvəffəqiyyətlə keçirildiyini bildirib.

Birinci Avropa Oyunlarının rəsmi veb səhifəsi Baku2015.com-a istinadən, General Entertainment and Media (GEM TV Qrup) Avropa Oyunlarının İran üçün eksklüziv yayım hüququnu əldə edib. Yayılan məlumatda oyunların həmin TV-dən fars və kürd dillərində yayımlanacağı bildirilib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter