English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Ərdəbildə fəhlələrin mitinqi polisin sərt müdaxiləsi ilə dağıdılıb

16 aydır maaş almayan Ərdəbil dəmir əritmə zavodunun fəhlələri bazar günü iyunun 21-də iş idarəsi binası önündə toplanıb əllərində plakatlarla Ərdəbil valiliyinə doğru yürüyüblər. Yerli media polisin müdaxiləsi ilə mitinqin dağıldığını və bir neçə işçinin yaralanıb xəstəxanaya aparıldığını yazır.

“Bazar günü səhər vaxtlarında təqribən 200 işçi 16 aylıq maaşlarının gecikməsi və iş durumları ilə əlaqədar bilinməzliyə etiraz olaraq sosial və qanuni haqlarına dair tələblərini səsləndirmək üçün Ərdəbil valiliyinə müraciət ediblər,” deyə İLNA (Iranian Labour News Agency) mitinqin xəbərini əks edib.

Ərdəbildə fəaliyyət göstərən internet qəzeti Azarsalam.ir mitinq zamanı etirazçılar və İran polisinin özəl qüvvələri arasında qarşıdurma baş yarandığını yazıb. Qəzetin nəşr etdiyi şəkillərdə bir çox polis özəl qüvvəsinin olay yerində hazır vəiyyətdə durduğu göstərilir.

Aksiya yerindən şəkillər yayan digər yerli internet qəzeti Sabalaneh.ir qarşıdurma nəticəsində yaralanan bir neçə fəhlənin ambulansla xəstəxanaya aparıldığını bildirib.

Sabalaneh yaydığı reportajda mitinqə qatılan fəhlələrin sözlərinə də yer verib.

“Bu mübarək orucluq ayında ailəmdən utanıram. Davamlı olaraq “tədbir və umud”dan danışan hörmətli hökümətin şəraitimizi anlayıb bizim üçün bir iş görmələrinə ümid edirəm,”-deyə Əli adlı fəhlənin sözləri veb səhifədə dərc olunub.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter