English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

ƏSƏDİN XALQA MÜRACİƏTİ KİFAYƏTLİ DEYİL

AZOH: Suriyada yaşanan gərginlik Ankara-Vaşinqton gündəmində də ilk yeri tutur.

İki lider, Suriya xalqının istəklərinin yerinə yetirilməsi üçün islahatların təcili olaraq həyata keçirilməsinin, dinc əhaliyə və sülhsevər nümayişçilərə qarşı zorakılığa müraciət edilməməsinin vacibliyini vurğulayıblar.

Ərdoğan - Obama görüşündə Liviya və Orta şərqdə yaşanan digər hadisələr də müzakirə edilib.

Suriyada baş verənlər barədə Türkiyənin dövlət başçısı Abdullah Gül də açıqlama verərək, Suriya lideri Əsədin çıxışının kifayətli olmadığına işarə edib.

Gül deyib ki, Əsəd artıq hər şeyin dəyişdiyini, çox partiyalı sistemə üz tutulduğunu, hər şeyin Suriya xalqının istəyinə görə olacağını söyləyə bilməlidir.

Digər tərəfdən xarici işlər nazirliyi Ankarada vəzifəli xarici ölkə səfirlərinə Suriyada yaşananlar haqqında məlumat verib.

Türkiyəyə gələn və salınan çadır şəhərciklərində məskunlaşan Suriyalıların vəziyyətinə dair bütün məlumatlar səfirlərə çatdırılıb.

Bu arada, Amerika Birləşmiş Ştatları, Türkiyənin Suriyadan qaçanlara kömək etməsini məmnuniyyətlə qarşıladığını bildirib.

Dövlət katibliyi nümayəndəsi Victoria Nuland, Türkiyənin Suriyalıların ehtiyaclarını ödəmək üçün çadır şəhərlər qurduguna diqqət çəkib.

Film ulduzu Angelina Jolienin də bu düşərgələri ziyarət etdiyini və medianın Suriyalıların vəziyyətini dünyaya əks etdirdiyini ifadə edən Nuland, Türk əsgərinin də işlərə köməkçi olduğunu söyləyib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter