English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Şükrulla Qəhrəmani Fərd həbs edilib

Güneyli vətəndaş hüquqları müdafiəçi və milli fəal Şükrulla Qəhrəmani Fərd iyunun 24-də Xudafərin-Araz şəhərində polis qüvvələri tərəfindən saxlanılıb.

Şükrulla Qəhrəmani Fərdin nəzarətə haqqında çıxarılan altı ay həbs cəzası ilə əlaqədardır. O, Təbrizin mərkəzi həbsxanasına göndərilib.

Şükrulla Qəhrəmani Fərd Xudafərin ibtidai məktəb müəllimidir.

Hraz News veb səhifənin məlumatına görə, Qəhrəmani Fərd 2010-cu ilin iyun ayında Kəleybər şəhərində təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb və 120 gün Təbriz  Mərkəzi zindanında nəzarətdə saxlanıb. O, 220 milyon tümən müqabilində zəmanətə buraxılıb.

Qəhrəmani Fərd Təbriz İnqilab Məhkəməsi tərəfindən İran İslam Respublikasına qarşı təbliğat ittihamı ilə 6 ay həbs cəzasına məhkum edib.

Onun bacısı oğlu Elçin Hatəmi Amerikanın Səsinə deyib ki, dayım 2010-cu ildə həbs edildikdən sonra müvəqqəti olaraq 3 ay müddətinə işindən kənarlaşdırılmışdı.”

Qəhrəmani Fərd daha öncə 2002, 2004 və 2007-ci illərində milli fəaliyyətləriinə görə həbs edilmişdi.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter