English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Qalada Türkcə şeir oxudular, ‘rejimə qarşı təbliğat’da günahlandırıldılar

İyulun 17-də güneyin Qaradağ bölgəsində yerləşən Babək Qalasında nəzarət altına alınan altı milli fəal bir gün sorğu-sual edildikdən sonra sərbəst buraxılsalar da “türkcə şeir oxumaq” və “milliyyətçilik fəaliyyəti” üçün “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə qarşılaşıblar.

Tutulan fəalların biri bu barədə Amerikanın Səsinə məlumat verib.

Alınan məlumata istinadən, Abbas Şadmənd, Əkbər Əbulzadə, Fərdin Muradpur, Behzad Əbdi, Məhəmməd Rəşidi və Qasım Dəşti kəfalət (dövlət məmuru olan bir yaxını tərəfindən zəmanət edilmək) yolu ilə azadlığa buraxılıblar.

Bu saytlar həmçinin Abbas Şadməndin saxlanıldığı zaman məmurlar tərəfindən sərt şəkildə döyüldüyünü bildiriblər.

İran Azərbaycanı ilə bağlı xəbər yayan saytlaraın məlumatına görə, əksəriyyəti Qaradağ bölgəsindən olan fəalların dördu qalanın ətəyində, digər ikisi isə qalaya gedərkən nəzarət buraxılış məntəqəsində tutulub.

“Rejimə qarşı təbliğat fəaliyyəti” ittihamı adətən İranın İnqilab Məhkəmələri tərəfindən və siyasi fəallar, jurnalistlər, dil haqları və qadın haqları fəallarına qarşı irəli sürülür. İranın İslami Cəza qanununun 500-cü maddəsinə əsasən hakimlər bu ittihamla məhkum olan şəxlərə 3 aydan bir ilə qədər həbs cəzası verə bilirlər.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter