English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İrandakı fikir ayrılıqları ölkə boyu yayılır

AZOH: İranın daхilində baş verən proseslər, müхalifətin narazılığı ilə yanaşı iqtidarın daхilində yaranan fikirayrılıqları dünyanın diqqətini cəlb edir. Son aylar İranın Fars vilayətində cərəyan edən proseslər Tehran hökumətinin çətin bir dönəm yaşadığını göstərməkdədir. Fars vilayətindəki mühafizəkar elita, eləcə də ictimai kütlənin narazılığı göstərir ki, Tehranın hakim dairələrində aprel ayından bəri davam edən fikir ayrılıqları genişlənməkdədir. «Araz» Tədqiqat Mərkəzinin araşdırmalarına görə, digər vilayətlərdə də oxşar hadisələrin baş verməsi, çox güman ki, müvafiq siyasətin yürüdülməsində Tehran hökumətinin gücünü zəiflədəcək. Prezident Mahmud Əhmədinejadla ali dini lider Əli Xameneyi arasındadkı uçurumun dərinləşməsi ötən ay ərzində də müşahidə edilmişdi. Buna səbəb isə Əhmədinejadın keçən ay Fars vilayətinin qubernatorunu vəzifəsindən uzaqlaşdıraraq onu Prezident Administarsiyasının rəhbəri İsfəndiyər Rəhim Moşayiyə loyallığı ilə tanınan şəxslə əvəz etməsi olmuşdur. Bu məsələ ilə əlaqədar prezidentin tərəfdarları ilə dini lideri dəstəkləyən şəxsər arasında mübahisə yaşanmışdı. Bu hadisə ilə əlaqədar dini liderin tərəfdarları Fars vilayətində ötən ay mitinq keçirərək dəstəklərin nümayiş etdirdilər. Əhmədinejadın mühafizəkarlar düşərgəsindəki opponentləri Moşayini qeyri-ənənəvi dini və milli ideyaları ilə bağlı tənqid etmiş, hətta bəzi rəsmilər açıq şəkildə onun vəzifəsindən uzaqlaşdırılmasını tələb etmişlər. Xameneyinin Fars vilayətindəki dini nümayəndəsi Ayətullah Əsədullah İmani isə qubernatorun dəyişdirilməsini açıq şəkildə tənqid etmişdi. Mərkəzin məlumatına görə, Fars vilayəti bu günə qədər Tehranın iqtisadi strategiyasına qarşı çıxıb:» Bu hadisə yerli sakinlərin əlavə dəstəyinə və hökumətdə müşahidə olunan fikir ayrılıqlarının dərinləşməsinə səbəb ola bilər. Əhmədinejadın iqtisadi siyasəti – enerji daşıyıcılarının qiymətlərinin qaldırılması və qiymətlərə sərt nəzarət mexanizminin tətbiq edilməsi, Tehran da daxil olmaqla İranın əksər vilayətlərində olduğu kimi Fars ostanlığındakı iş adamlarının fəaliyyətinə də zərər vurur. Fars vilayətindəki süd emalı müəssisələrindən birinin rəhbəri açıq şəkildə bildirmişdi ki, qiymətlərin aşağı salınması və dövlətin nəzarətində olması səbəbindən ostandakı 38 süd emalı müəssisəsindən 10-nu bağlanıb, digərləri isə qiymətləri aşağı salmağa məcbur olub. Bu isə həmin sektorda çalışanların iqtisadi durumuna mənfi təsirini göstərib. Həmçinin dövlət qəzetlərində Şiraz şəhərinin sabiq rəsmilərindən birinin müsahibəsi dərc olunmuşdur. Həmin şəxs Fars vilayətinin məmurlarını maliyyə cinayəti törətməkdə, o cümlədən onları Moşayiyə bağlı iqtisadi cinayətkar qruplaşma kimi qələmə verərək dövlətə məxsus torpaqları mənimsəməkdə ittiham etmişdi. Şiraz zavodunun əmək şurasının rəhbəri isə Əhmədinejad hökumətini idxal olunan mobil telefonların tariflərinin aşağı salınması, eləcə də Çin firmalarının iranlı tərəfdaşları olmadan ölkənin telekommunikasiya layihələrində iştirakına icazə verməsi ilə əlaqədar tənqid edirlər. Fars vilayətindən olan millət vəkili prezident və dini rəhbərə açıq məktub yazaraq hökumətin iqtisadi siyasətini tənqid etmiş və prezidentin büdcəni inkişaf etdirmək planının sözügedən ostanda effektli olmamasından şikayətlənib. Bir müddət əvvəl isə Xameneyinin nümayəndəsi də daxil olmaqla Fars vilayətinin 3 nüfuzlu din xadimi ənənəvi fars musiqisinin ifa edildiyi bir vaxtda Əhmədinejadın iştirak etdiyi mərasimi tərk etməklə prezidenti çətin vəziyyətə salmışdı». «Araz» TM-də belə hesab edirlər ki, Əgər oxşar siyasi çəkişmə və iqtisadi narazılıq Fars vilayətindən İranın digər ostanlarına yayılarsa, Tehran hökuməti rejimin birliyinin qorunub saxlanmasında və müvafiq siyasi kursun həyata keçirilməsində çətinliklərlə üzləşəcək:» Prezidentin fikir ayrılığına səbəb olan hərəkəti – fars millətçiliyinin gündəmə gətirilməsi, həyata keçirilən iqtisadi tədbirlər, eləcə də İnformasiya və Təhlükəsizlik naziri ətrafında yaranmış vəziyyətlə əlaqədar Xameneyi ilə olan düşmənçilik çox güman ki, Əhmədinejadın Fars vilayətindəki mühafizəkar opponentlərini cürətləndirəcək və sözügedən şəxslərin açıq şəkildə onun siyasətinə qarşı çıxmalarına səbəb olacaq. Digər tərəfdən İran parlamenti də son dövrdə verdiyi qərarlarla sanki prezident Əhmədinejaddan intiqam alır. Parlamentin bir qrup üzvünün Xarici İşlər naziri Əli Əkbər Salehi haqqında impiçment tələbi irəli sürməsi və nazir müavinini istefaya göndərməyə nail olması buna sübut ola bilər». Xatırladaq ki, bir neçə gün əvvəl İran parlamentinin 15 üzvü bu barədə müvafiq təklif irəli sürmüşdür. Millət vəkillərinin impiçment təklifi vermələrinin səbəbi kimi Məhəmməd Şərif Məlikzadənin Xarici İşlər nazirinin maliyyə məsələləri üzrə müavini vəzifəsinə təyin edilməsi göstərilirdi. Millət vəkilləri Məlikzadəni müxtəlif sui-istifadə halları və qanun pozuntularına görə ittiham edirdilər. Qeyd etmək lazımdır ki, M.Ş.Məlikzadə İranın Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşaiyə yaxın kadrlardan hesab olunur. Sözügedən problem ortaya çıxan zaman Əhmədinejadın parlament məsələləri üzrə köməkçisi Məhəmmədrza Mirtacədin mövzunun millət vəkilləri ilə müzakirə yolu ilə həll ediləcəyini bildirsə də, bu proses çox qısa müddətdə Məlikzadənin istefası ilə yekunlaşmışdır. Beləliklə parlament Əhmədinejada qarşı növbəti revanşını da qələbə ilə başa vurdu. Əhmədinejad sabiq Xarici İşlər naziri Mottakini səfərdə olduğu müddətdə vəzifəsindən azad edib və onun bu qərarı əksər siyasi dairələrdə etirazlara səbəb olub. Sonrakı mərhələdə isə Əhmədinejadın İnformasiya və Təhlükəsizlik nazirini tutduğu vəzifədən azad etmək, hökumət islahatları aparmaq, eləcə də özünü Neft naziri təyin etmək təşəbbüsləri ali dini lider və parlamentin müqaviməti nəticəsində biyabırçı dərəcədə uğursuzluqla nəticələnib.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter