English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Həsən Ağa Dəmirçinin ölkədən çıxışına qadağa qoyulub

Tanınmış güneyli milli fəal və musiqi ustadı Həsən Ağa Dəmirçinin ölkədən çıxışına qadağa qoyulub.

Öyrənci Səsi və “Azoh” web saytlarının yazdıqlarına görə, Həsan Ağa Dəmirçi (Azərbaycan) dəfələrlə rejimin müxtəlif təzyiqlərinə məruz qalıb, lakin  bu dəfə fəalın ölkədən çıxışı yasaqlanıb.

Həsən bəy Dəmirçi  yanvar ayında Bakı səfərindən döndükdə pasportu təhlükəsizlik qüvvələri tərəfindən zəbt olunmuşdur.

O, pasportunun zəbt olunma səbəbini oyrənmək üçün dəfələrlə səlahiyyətli orqanlara müraciət edib və bu barədə izahat tələb edib. Ettelatı-ın Təbriz şöbəsinin məsulları uzun müddət Dəmirçinin tələbi qarşısında səssiz qaldıqdan sonra nəhayət ki, azərbaycanlı fəala cavab veriblər.

Məmurların cavabına görə, bir sonrakı məlumata qədər İran Ettelaat Nazirliyinin Mərkəzi Ofisi tərəfindən Həsən Ağa Dəmirçinin ölkədən çıxışına qadağa qoyulub və artıq Həsən bəyin durumu ilə birbaşa Tehran maraqlanır.

Məlumata görə, Tehran prokurorluğu  və Ettelaat Nazirliyinin mərkəzi ofisinə dəfələrlə müraciət edildikdən sonra hələ də bu qanunsuz qərarla bağlı heç bir izahat verilməyib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter