English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Şahrux Zamaninin ölüm səbəbinin araşdırılmasına dair tələblər artır

Kərəcin Rəcayi-şəhr zindanında saxlanılan Təbrizli əməkçilərin hüquqlarının müdafiəçisi Şahrux Zamaninin ölümünün araşdırılmasına dair tələblər artmaqdadır.

Fəalın ölümə səbəb olacaq hər hansı sağlıq problemi yaşamadığını söyləyən Zamani ailəsi, hüquq müdafiəçiləri və siyasi qruplar olayın şəffaf şəkildə təhqiq edilməsini tələb edirlər.

2011-ci ildən bəri Kərəcin Rəcayi-şəhr zindanında 11 illik həbs müddətini çəkərkən sentyabrın 13-də qəfildən dünyasını dəyişən Təbrizli fəalın ölümünə beyin infaktının səbəbi olduğu elan edilib.

Şahrux Zamani 2011 iyunun 7-də Təbrizdə İranın təhlükəsizlik məmurları tərəfindən tutulub və bir aydan artıq Ettelaat həbsxanasının təkadamlıq kamerasında sorğu-sual edildikdən sonra zindana göndərilmişdi.

Dəfələrlə zindanda aclıq aksiyasına başlayaraq, təkcə özü deyil bütün məhbusların hüquqlarını müdafiə edən əmək fəalı ilə bağlı ötən illərdə Amnesty International və bir neçə digər beynəlxalq insan haqları təşkilatı bəyanatlar veriblər.

İki dəfə Amerikanın Səsinə müsahibə verərək oğlunun günahsız yerə həbsə atıldığını vurğulayan fəalın anası Zərrin Nicati isə təqribən 8 ay öncə vəfat edib. “Oğlum oğurluq etməyib, fəhlələrin hüquqlarını müdafiə edib,” deyə o müsahibədə söyləmişdi.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter