English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Əhmədinejadın sonu yaxınlaşır Çərşənbə axşamı

AZOH: 100 deputat İran prezidentinin impiçmenti üçün müraciət etdi

İran prezidenti Mahmud Əhmədinejad çətin günlərini yaşayır. Ölkənin ali dini lideri ilə münasibətlərinin gərginləşməsi, yaxın adamlarının həbsi Əhmədinejadın vəziyyətini daha da pisləşdirib. İyunun 26-da isə İran parlamentinin 100 deputatı prezidentın impiçment olunması üçün qanunverici orqanın Rəyasət Heyətinə (RH) müraciət edib.

Əhmədineajdın impiçment olunması müraciəti mühafizəkar deputat Əli Mütəhhərinin təşəbbüsü ilə hazırlanıb. İmpiçment layihəsində Əhmədinejada 11 sual ünvanlanıb. Suallardan 3-ü iqtisadi duruma, 3-ü qanun pozuntularına, 3-ü siyasi, 2-si isə mədəniyyət sahəsinə aiddir.

Bundan bir gün sonra isə parlamentin RH üzvü Məhəmməd Dehqan impiçment müraciətinə baxıldığını və müvafiq qərar çıxarıldığını açıqlayıb. Məhəmməd Dehqanın sözlərinə görə, ölkənin indiki həssas şəraitində Əhmədinejadın impiçment olunması hökumətlə parlament arasında əlaqələri zəiflədəcək. Bu isə ölkənin xeyrinə deyil.

“Rəyasət Heyətinin üzvlərinin əksəriyyəti ölkənin indiki həssas durumunu nəzərə alaraq prezidentin impiçment olunmasını məqsədəuyğun saymadı. Onlar hesab edirlər ki, indiki şəraitdə bu, ölkənin xeyrinə deyil. Rəyasət Heyətinin iclasında qərara gəlindi ki, Əli Mütəhhəri ilə görüş keçirilərək ölkədəki hazırkı həssas şərait ona izah edilsin və xahiş olunsun ki, prezidentin impiçmentinə dair layihə hələlik parlamentin gündəliyinə çıxarılmasın”, - deyə RH-nin üzvü bildirib.

Avropanın nüfuzlu “The İndependent” qəzetinin yazarı, tanınmış jurnalist Robert Fisk İrandadakı proseslərdən bəhs olunan analitik yazısında bildirib ki, dünya Mahmud Əhmədinejad  erasının sonuna şahidlik edir. Fiskin yazdığına görə, kütləvi aksiyaların sarsıda bilmdiyi Əhmədinejada yaxın ətrafının “təmizlənməsi” məhv edə bilər.

Hakimiyyətdaxili böhranın Əhmədinejadın yaxın adamı, Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Məşayinin ölkənin kəşfiyyat xidmətinin iki mühüm şəxsini vəzifəsindən azad etməsiylə başladığını vurğulayan Robert Fisk bildirib ki, İran rəhbərinin arxasındakı güc kimi görünən PA başçısının bu mövqeyi ali dini lider Əli Xamneyinin də diqqətindən yayınmayıb. Dini liderin PA rəhbərinin “özfəaliyyətinə” müdaxiləsi ölkə tarixinin ən təəccüblü hakimiyyət çevrilişinə gedən yolun başlanğıcı oldu.

“İranlı siyasilər artıq indidən ölkənin birinci şəxsi postunda Əhmədinejadın yerinə kimin əyləşəcəyini müzakirə edirlər. İran Atom Enerjisi Agentliyinə 4 il rəhbərlik etdikdən sonra ölkənin xarici siyasət idarəsinin başına gətirilən Əli Əkbər Salehi Əhmədinejadın sələfi olanlar arasında ən şanslı namizəd kimi görünür. Əhmədinejadın yaxın adamı Rahim-Məşaiynin üç siyasi müttəfiqi ötən həftə ərzində həbs olundu. Məşayinin zərərsizləşdirilməsi prosesinin bununla yekunlaşacağı istisna olunmur. Onun Əhmədienajda yaxınlığı ölkə başçısı olmaq şansını azaldır. PA şefinə yaxın şəxslərin başının üstünü almış qara dumanın gələcək günlərdə Məşayinin özünün və sonda Əhmədinejadın da üzərinə çökəcəyi gözlənilir”, - deyə Robert Fisk “The İndepentent” qəzetinə yazdığı məqaləsində vurğulayıb.

AZADLIQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter