English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Güneydə Bəzz yürüşünə hazırlıq gedir

AZOH: Öz milli haqqları uğrunda mübarizə aparan Güney Azərbaycan türkləri böyük aksiyaya hazırlaşırlar. Bəllidir ki, hər il iyulun ilk günləri Azərbaycan xalqının böyük oğlu, tarixi qəhrəman, 20 il ərəb işğalçılarına qarşı mətanətlə döyüşmüş Babək Xürrəminin doğum günü kimi qeyd olunur. Hər il Babəkiyyə günlərində 100 minlərlə Günay Azərbaycan türkü Kəleybər yaxınlığında yerləşən Bəzz qalasına çıxır, milli şüarlar səsləndirilər. 2006-cı il may hadisələrinə qədər Bəzz yürüşləri müntəzəm olaraq keçirilərdi. Həmin ilin may ayında Güney Azərbaycan İran hakimiyyətinə qarşı milli qiyama qalxdı. Molla hakimiyyətinə yaxınlığı ilə seçilən “İran” adlı şovinist bir qəzetdə azərbaycanlıların tarakana bənzədilməsi Güney Azərbaycan türklərini qəzəbləndirmiş, xalqı rejimə qarşı qaldırmışdı. İki həftə boyunca Güney Azərbaycan türkləri rejimə etiraz etdi, Təbriz, Ərdəbil, Miyana, Meşkin, Sərab və digər şəhərlərdə qəzəb günləri keçirdi. Xalqı ayağa qaldıran təkcə “İran” adlanan şovinist qəzetdə çıxan yazı və 35 milyonluq xalqı böcəyə bənzədən karikatura deyildi. Güney Azərbaycan türkləri digər iran millətləri kimi 1979-cu ildə qurulmuş molla rejimindən cana doymuşdu. Rejimə qarşı qalxmaq üçün bir bəhanə lazım idi. Bu bəhanəni isə panfarsist rejim özü yaratmışdı.

Bütün İranı silkələyən, rejimi pat vəziyyətinə salan may inqilabı tarixi hadisə idi. İlk dəfə idi ki, Güney Azərbaycan türkləri iri şəhərlərdə milli şüarlarla aksiyalar keçirirdilər. Buna qədər milli şüarlar (“Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Mənim dilim ölən deyil, fars dilinə dönən deyil”, “Bakı-Təbriz-Ankara, Farslar hara, biz hara”) yalnız xırda piketlərdə və bir də rejimin nəzarətindən çıxan Bəzz qalası yürüşlərində səslənərdi. May hadisələrində isə Güney Azərbaycan türkləri bu şüarları şəhərin mərkəzində keçirilən aksiyalarda səsləndirdilər. O zaman may hadisələrini şərh edən icmalçılardan biri bu hadisəni “Güney Milli Hərəkatının dağdan şəhərə enməsi” kimi xarakterizə etmişdi. May hadisələrinin böyük tarixi əhəmiyyəti oldu. İran hakimiyyəti 30 ildir ki, davam edən şovinist təbliğatın heç bir effekt vermədiyini anladı. Rejim mənsubları anladılar ki, Güney Azərbaycan türklərinin dilini, milli kimliyini ututdurmaq mümkün olmayacaq. Bir şey də məlum oldu ki, İran hakimiyyət mınsubları Bəzz qalası yürüşlərinin əhəmiyyətini anladırlar. Rejim mənsublarına bəlli oldu ki, 35 milyonluq xalqın dilini yasaq etmək, bu dildə məktəb, mədrəsəni, çap məhsullarını qadağan etməklə xalqın yaddaşını əlindən almaq olmaz. Alternativ media-elektron media, sosial media var. Lap bunlar olmsa belə xalqın adət-ənənləri var. Xalq öz dilini anaların laylalarında, el şənliklərində, toy və yas mərasimlərində yaşadır. Bəzz qalası yürüşləri Güney Azərbaycan türkləri üçün böyük bir şölən xarakteri daşıyırdı. Xalq Babəkin doğum günlərində Kəleybərə toplaşır, öz dilində danışır, milli şüarlar səsləndirir, türk düşmənlərini lənətləyirdi.

Molla hakimiyyəti Bəzz qalası yürüşlərini elə bu üzdən yasaqladı. Öncə hərbi təlim adı ilə Kəleybər ərazisinə giriş yasaqlandı. Sonra ərazinin “tarixi qoruq” olduğu önə sürüldü ki, xalqın Kəleybərə yürüşü əngəllənsin. 2006-cı ildən Babək qalasına yürüş əvvəlki gücdə keçirilmir. Bir sıra Hərəkat liderləri, Milli Hərəkatın xaricdəki ideoloqları hesab edirlər ki, Bəzz yürüşləri keçilmiş mərhələdir. Bundan sonra Babək qalası yürüşlərinin elə bir əhəmiyyəti qalmayıb. Amma fərqli düçünənlər də var. Hesab olunur ki, Babək qalası yürüşləri keçirilməlidir. Nə qədər ki, Güney Azərbaycanın qurtuluş mübarizəsi davam edir, İran türkləri müstəmləkədən xilas olmayıb, onlara ana dilində yazıb-oxumaq hüququ verilməyib milli kimlik mübarizəsi davam etməlidir. Milli kimlik mübarizəsinin də istənilən mübarizə metodu məqbuldur. Güneydən gələn xəbərlərə görə, bu il Babək qalsı yürüşləri keçiriləcək. Artıq aksiyalara ciddi hazırlıq gedir. Milli Hərərkat rejimə güc göstərmək, kütləvi həbslərə baxmayaraq hərəkatın yaşadığını, mübarizə apardığını göstərmək niyyətindədir.

OLAYLAR

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter