English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Yunanıstan sərt iqtisadi tədbirlər planını qəbul edib

AZOH: Yunanıstan parlamenti sərt iqtisadi tədbirlər paketinin lehinə səs verib.

İcra olunacaq iqtisadi tədbirlərə vergilərin kəskin şəkildə artırılması və xərclərin azaldılması daxildir. Bu tədbirlər Yunanıstan ictimaiyyətində qəzəblə qarşılanıb.

Ölkədə 48 saatlıq ümummilli tətil və paytaxt Afinanın kücələrində zorakı qarşıdurmalar davam edir.

Yunanıstan böyük borclar içərisindədir və beynəlxalq maliyyə institutlarından 110 milyardlıq kreditlərin alınması üçün hökumətdən sərt iqtisadi tədbirlərin görülməsi tələb olunur.

Parlament səsverməsi zamanı xilas paketi səs çoxluğu ilə qəbul olunub.

Cümə axşamı millət vəkilləri paketin reallaşmasını nəzərdə tutan qanuna dəyişiklər üçün ikinci səsverməni keçirəcəklər.

Səsvermə öncəsi Baş Nazir Corc Papandreu millət vəkillərini paketi qəbul etməyə çağırıb.

O, deyir ki, bu tədbirlər Yunanıstanı yenidən ayağa qaldırmaq üçün yeganə xilas yoludur.

"Biz ölkənin uçuruma sürüklənməsinin qarşısını nəyin bahasına olursa olsun almalıyıq. Geri çəkilmək zamanı deyil" - Baş Nazir millət vəkillərinə müraciətində belə deyib.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter