İNGİLTƏRƏDƏ BÖYÜK TƏTİL
AZOH: İngiltərədə yüzminlərlə müəllim və məmur hökumətin təqaüd qanunu ilə bağlı layihəsinə etiraz məqsədilə bir günlük tətil elan edib.
Hava limanı və digər limanlarda pasporta nəzarət məmurlarının tətilə gecədən etibarən başladıqları bildirilir.
Tətil səbəbilə minlərlə məktəbin bağlanması, valideynlərin uşaqlarına baxmaq üçün işdən icazə alması və xarici reyslərin axsaması gözlənilir.
Londonda həmkarlar ittifaqları da aksiyaya hazırlaşır.
İngiltərədə hökumət büdcə kəsirini nəzarət altına ala bilmək üçün maaşları dondurmuş, yüz minlərlə insanı işdən çıxarmışdı. Hazırlana pensiya qanunu isə pensiya yaşının artırılmasını və işçilərin mükafatlarının artırılmasını nəzərdə tutur.
Agentliklər Kamerun hökumətinin keçən il iqtidara gəlməsindən bəri ilk dəfə bu miqyasda tətilin keçirildiyinə diqqət çəkirlər.
TRT