English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

PKK AZƏRBAYCANI DA QARIŞDIRIR

AZOH: Ölkəmizdə kürd probleminin olduğunu iddia edən bir qrup separatçı hökumət qarşısında siyasi tələblər qoydu

Azərbaycan vətəndaşı olan bir qrup kürd əsilli gənc dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb. “Turan”ın məlumatına görə, müraciət müəllifləri kürdlərin Azərbaycanda bir xalq kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını iddia edirlər. Onlar Azərbaycanda digər xalqların uşaq bağçaları, məktəb, teatr, folklor qrupları olduğunu, mədəniyyətlərinin telekanallarda təbliğ edildiyini, kürdlərinsə bundan məhrum olduqlarını bildirirlər.

Bununla yanaşı, digər xalqlardan deputatları olduğu halda, kürdlərin sözünü deyəcək deputat olmaması hakimiyyətə irad tutulur və bu, “kürd xalqına ögey münasibət” kimi dəyərləndirilir. Azərbaycanda kürd xalqına qarşı mənfi münasibət formalaşdığını iddia edən müəlliflər bunu aradan qaldırmaq üçün tele-təbliğata ehtiyac olduğunu qeyd edirlər.

“Azərbaycanda yaşayan kürd əhalisində belə fikir formalaşıb ki, kürd olmağımızı söyləsək, pis münasibətlə qarşılaşıb, təzyiqlərə məruz qalarıq”, - deyə müəlliflər iddialarını davam etdirilər. Çox az kürdlərin ana dilini bildiklərini qeyd edən müəlliflər kürd xalqına qarşı formalaşan mənfi fikrə görə övladlarına ana dilini öyrətmədiklərini bildirirlər: “Digər xalqlar kimi ana dilimizdə məktəblərimiz, normal mədəniyyət mərkəzimiz olsa, kürd xalqı xalq kimi məhv olmaq təhlükəsindən qurtarar. Əks halda, Azərbaycanda yaşayan kürd xalqı ana dilini, mədəniyyətini unudaraq məhvə məhkum edilmiş xalq sırasındadır" (”Turan").

Qeyd edək ki, bu müraciət Azərbaycanda PKK-nın dəstəkçisi kimi tanınan “Diplomat” qəzetinin dünən Beynəlxalq Mətbuat Mərkəzində təşkil etdiyi tədbirdə açıqlanıb. Məsələ ondadır ki, iyunun 28-də BMM “Diplomat” qəzetinin iyunun 29-u saat 12:00-da bu mətbuat mərkəzində 1915-ci ildə ermənilərin 800 min nəfər müsəlman kürdünü qətlə yetirməsi ilə bağlı tədbir keçirəcəyi haqda redaksiyalara dəvət göndərmişdi. Amma tədbirdə ermənilər deyil, Azərbaycan dövləti ittiham olunub. Görünür, tədbirin adının başqa cür qoyulması jurnalistlərin bu mətbuat konfransına diqqətini cəlb etmək məqsədi daşıyıb.

İndiki məqamda Azərbaycanda yaşayan kürdlərin bir qrupunun PKK ilə bağlılığı olan “Diplomat” qəzetinin təşəbbüsü ilə fəallaşması və Azərbaycan dövləti qarşısında siyasi tələblər qoyması təsadüfi deyil. Bu məsələlər haqda kifayət qədər məlumatı olan şəxs bizimlə söhbətində bildirdi ki, PKK rəhbərliyi bu təşkilatın siyasi qanadına Türkiyədə və Azərbaycanda fəallaşmaq və aranı qarışdırmaq göstərişi verib. Buna görə də Türkiyədəki son parlament seçkilərində 35 deputat yeri qazanan PKK-ya bağlı Barış və Demokrat Partiyası Türkiyədə aranı qarışdırmaqla məşğul olduğu bir vaxtda, terror təşkilatının Azərbaycandakı qolu da burada fəallaşıb və faktiki olaraq separatçılıq fəaliyyətinə start verib.

Məlumatlı mənbə bildirib ki, son illər Azərbaycanda PKK-ya bağlı qüvvələrin dayaqlarının daha da güclənməsi gec-tez ölkədə kürd separatizminin baş qaldırmasına aparacaqdı.

Onu da qeyd edək ki, illərdir müstəqil mətbuat Azərbaycanda PKK-ya bağlı qüvvələrin olduğu, burada PKK bazasının qurulduğu, bu terror təşkilatının müxtəlif qanadlarına buradan pul ötürüldüyü barədə ortaya tutarlı faktlar qoyub. Amma hakimiyyət bununla bağlı hər hansı tədbir görməyib. İndi bunun nəticəsidir ki, PKK-ya bağlı qüvvələr Azərbaycanda siyasi tələblərlə çıxış edirlər. Faktiki olaraq isə Azərbaycanda kürd problemi yoxdur. Hamı kimi kürdlər də bu ölkənin vətəndaşlarıdır və istədikləri kimi yaşayırlar.

Azərbaycanda kürdlərin fəallaşması Türkiyə siyasi elitasında da narahatlıq yaradıb. Türkiyə siyasətçilərindən biri “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan hakimiyyəti və cəmiyyəti bu məsələyə çox ciddi yanaşmalıdır: “Əslində hələ bir neçə il əvvəldən proseslər buna doğru gedirdi. Azərbaycan dövləti vaxtında lazımi tədbirlər görməli idi. Türkiyədə də kürd separatizmi belə baş qaldırdı və sonra onun qarşısını almaq mümkün olmadı. Odur ki, Azərbaycan dövləti gecikmədən məsələni həll etməlidir. Burada Azərbaycanda kürdlərin fəallaşmasının Türkiyədəki proseslərin fonunda baş verməsinə də ciddi yanaşmaq lazımdır”.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter