English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Təbrizdə Mərhum Qulamrza Əmaninin ildönümü mərasimi keçirilib

7 il bundan öncə 2 qardaşı ilə birlikdə şübhəli yol qəzasında dünyasını dəyişən tanınmış Milli Hərəkatı fəalı mərhum Qulamrza Əmani anılıb.

Oktyabrın 29-da (abanın 7-də) keçirilən anım mərasiminə Güney Azərbaycanın müxtəlif bölgələrindən təxminən 300 milli-mədəni fəal qatılıb. Bu mərasim o halda keçirilib ki, təhlükəsizlik qüvvələri anım mərasiminin baş tutmaması üçün bir çox təhdid vasitələrinə əl atıb. Belə ki, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları dəfələrlə mərhum Əmaninin həyat yoldaşı Günəş Əmani ilə əlaqə saxlayıb və ona mərasimlə bağlı xəbərdarlıq ediblər.

Mərasimi nəzarətdə saxlamağa çalışan məmurlar törən iştirakçıları və baş verən hadisələri videokameraya çəkiblər. Məlumata görə, bütün təhdid və təzyiqlərə baxmayaraq mərhumun həyat yoldaşı və müxtəlif şəhərlərdən gələn azərbaycanlı fəallar anım mərasimini keçirməyə nail olublar.

Azərbaycanlı fəallar mərhum Əmaninin məzarı üstünə toplaşdıqdan sonra mərhum azərbaycanlı fəal Çingiz Bəxtavərin məzarı üstünə gedib və onun əziz xatirəsini də hörmətlə yad ediblər.

Mərasim iştirakçıları mərhum fəalların məzarı üstünə gül dəstələri qoyaraq onların ruhuna dualar oxuyublar.

AZOH - GUNAZ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter