English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Avropa Parlamentində Urmiyə Gölü ilə bağlı konfrans keçiriləcək

Avropa Parlamentinin üzvü Prof. Klaus Buchner, Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı (UNPO) və Güney Azərbaycan İttifaqı noyabrın 16-da Brüsseldə Avropa Parlamentində “Urmiyə Gölü - İranda İnsani və Ekoloji Fəlakət” adlı konfrans təşkil edəcək.

Avropa Parlamentində “Yaşıllar – Avropa Azad Alyansı” qrupunun üzvü və Alman Ekoloji Demokrat Partiyasının təmsilçisi Klaus Buchnerin ev sahibliyi ilə keçirilən tədbirdə Urmiyə Gölünün ətrafında cərəyan edən böhranın fəlakətli nəticələri araşdırılacaq.

Urmiyə Gölü konfransında eləcə də, UNPO-nun internet səhifəsinin bildirdiyinə görə, Avropa siyasətçilərini problem haqqında maarifləndirməyi hədəfləməklə bərabər böyüyən fəlaketi durdurmaq istiqamətində Avropa Birliyinin oynaya biləcəyi rol müzakirə ediləcəkdir.

UNPO konfransla bağlı yaydığı bildirişində İran dövlətinin Urmiyə Gölü ilə əlaqədar hələ də davam edən yanlış idarəetmə siyasəti üzündən bu gün milyonlarla insanın əziyyət çəkdiyinə diqqət çəkərək, böhranın daha geniş xarakter alması ilə vilayətlərdə məcburi demoqrafik dəyişikliklərin getdiyi qeyd edilib.

Güney Azərbaycan İttifaqi Heyətinin üzvü Mahmud Bilgin daha əvvəl Amerikanın Səsinə verdiyi müsahibədə ittifaqın Avropa siyasətçiləri ilə təşkil etdiyi görüşlərdə, xüsusilə Urmiyə gölü ətrafında ekoloji fəlakət, habelə İran Azərbaycanı və İranda inkar edilən türk kimliyi haqqında məlumat verildiyini ifadə etmişdi.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter