English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Fars rejiminin tör-töküntüsü fəallaşır

AZOH: Azərbaycan qanunvericiliyi dini və etnik prinsiplərlə partiya yaradılmasını qadağan edir. Ancaq bir qrup islam dinindən özlərinin siyasi spekulyasiyalarını gizlətmək üçün neçə illərdir ki, yararlanmağa çalışır, qeyri qanuni olaraq İslam Partiyası adı ilə müxtəlif təxribatlara əl atırlar. Bir müddət əvvəl bu partiyanın sədri Mövsüm Səmədov müxtəlif cinayətlərdə təqsirləndirilərək həbs olunub, məhkəməsi başlayıb.

Rəsmi qeydiyyatı olmayan, qeyri-qanuni Azərbaycan İslam Partiyasının sədri Elçin Manafov Bakı şəhərində mitinq keçirmək üçün paytaxt meriyasına müraciət edib. O, iyulun 5-də Bakının "Ulduz" metro stansiyası yaxınlığında, yaxud "Təbriz" kinoteatrının qarşısında aksiya keçirilməsinə icazə istəyib.

Bundan başqa İslam Partiyası üzvüləri küçələrdə müəyyən vərəqələr yayırlar və bu vərəqələrdə hədə notlarına da rast gəlmək mümkündür.

Ekspertlər bu fəallaşmanı təsadüfü saymır, bunun arxasında başqa məsqədlərin durduğunu bildirirlər.

İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı deyir ki, İslam Partiyasının mitiq keçirmək istəyini həvəs, arzu-istək və öhdəçilikdən başqa bir şey saymır: "Az qala ölkəmizdə yaşayan və fəaliyyət göstərən dindarları sevməyən, onlara müxalif olan, bir-iki ayəni bilməklə hamını özünə borclu bilən, mədrəsə təfəkküründən ictimai həyata keçməyən, ictimayyətin fikir dərdlərinə şərik olmayan dəstənin keçirmək istədikləri hər bir aksiya ölkəmizin, xalqın, dövlətçiliyimizin və baş verə biləcək demokratik proseslərə ciddi təhlükədir...Dünyanın indiki düzənində radikallıq xalqlar, ölkələr və dövlətlər üçün fəlakət və bəlalardan başqa bir şey deyil. İslam və radikallıq bir yerə sığmır. Dünyanın bir hissəsi olan Azərbaycan da demokratik proseslərdə iştirak edir və onun bəhrəsini görür və bundan artıq da bəhrələnməlidir. Türkiyədə gedən prosesləri izlədikcə islam və demokratiya anlamının yaxınlığı və vacibliyini qeyd etməliyik. İslamçıların məhz belə yol tutub, cəmiyyətin qayğısına qaldıqlarını sübut etməlidilər. İndi artıq piket və mitinq erası deyil. Fikir və düşüncə meydanıdı. Ölkəmizdə demokratik islahatlar o vaxt baş tutacaq ki, dindarlar bu islahatlardan kənarda qalmayacaqlar. Çünki bütün mədəniyyətlərin orta dirəyi inancdır. Onun qorunması xalqın, dövlətçiliyimizin qorunmasıdır və bu istiqamətdə aparılan işləri sevirik və dəstəkləyirik".

"İctimai Vəkil" İnsan Hüquqlarını Müdafiə Komitəsinin sədri

Aynur İmanovanın fikrincə, Azərbaycanda dini bəhanə gətirərək problem yaratmaq istəyən qruplar var:"O qrupların da əksəriyyəti İranın maraqlarına xidmət göstərir. Necə deyərlər səni müdafiə edəni göstər, hansı marağa xidmət etdiyini deyim. İndiyə qədər niyə başını bağlayan qadınlara problem yaranmırdı. Problem o vaxt yarandı ki, Müəllimlər İnstitutunda bir qrupun bütün tələbələri bir gündə hicaba keçdi. Bir gündə bir qrup tələbənin, 25-30 nəfər imana gəlməsi nə dərəcədə inadırıcıdır. İranın maliyyələşdirdiyi qrupların fitnə fəsadıdır bu. Biz Azərbaycan dövlətindən bu istiqamətdə fəaliyyətini davam etdirməyə çağırırıq. Ölkəmizi, dövlətimizi, bayrağımızı cahilliyə, ifratçılığa, aşırılılığa qurban verə bilmərik".

Qaynar.info saytının baş redaktoru Fərid Şahbazlı bildirir ki, Azərbaycan hüquqi və demokratik əsaslarla idarə olunan dövlətdir:"Hər bir kəsin nəyəsə etiraz etmək haqqı təbii ki, var. Bu məsələ Azərbaycan konstitusiyasında da öz əksini tapıb. Amma bu etiraz məntiqə və səmimiyyətə söykənməlidir. Bu gün Azərbaycanda hər kəsə gün kimi aydındır ki, islam pərdəsi altında ölkədə qarşıqlıq yaratmaq, Azərbaycanın daxili işlərinə qarışaraq özünün siyasi və iqtisadi maraqlarını təmin etmək istəyən bir qrup son zamanlarda xeyli fəallaşıb. Onların fəallaşmasını hansısa dini mahiyyətli hadisəyə dəstək kimi qiymətləndirmək, onların etirazlarını səmimi qəbul etmək məncə, doğru olmazdı. Bu insanların böyük əksəriyyətini İran dəstəkləyir, bu dövlətin xüsusi xidmət orqanlarına bağlıdırlar. Yadınızdadırsa, bir müddət öncə bunu onların özləri də etiraf etmişdi. Mən birmənalı şəkildə o fikirdəyəm ki, hər kəs Azərbaycan qanunlarına tabe olmalıdır. Ancaq bu adamlar özlərinin radikal mahiyyətindən doğan hərəkətlər etməklə məşğuldurlar. Vərəqələr paylayır və insanları radikallığa səsləyirlər. Bəzi gənclər başa düşmürlər ki, hansı yolun yolçusudurlar".

Fərid Şahbazlının fikrincə, Azərbaycanın siyasiləri, ictimai xadimləri maarifləndirmə işləri aparmalıdırlar:"Özünü islamçı adlandıran bəzi şəxslər gənclərə təsir göstərib, onları öz əllərində alətə çevirmək istəyirlər. Hesab edirəm ki, bunun qarşısının alınması üçün maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var".

XALQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter