English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İrana qarşı növbəti sanksiyalar

AZOH:  ABŞ Maliyyə Nazirliyi bəyanat yayaraq İran hüquq-mühafizə qüvvələrinə, komandan İsmayıl Əhmədi Müqəddəmə və canişin Əhmədrza Radana sanksiya qoyduğunu bildirib. Onlar suriyalı aksiyaçıları əzməkdə Bəşər Əsəd hökumətinə yardımda günahlandırılır. İyunun 29-da yayılan bəyanatda deyilir: "Əhmədrza Radan aprel ayında Dəməşqə səfər edərək Suriya prezidenti Bəşər Əsəd hökumətinə dinc müxalifləri necə əzmək barədə məsləhətlər verib".

ABŞ maliyyə nazirinin maliyyə informasiyası və terrorizm üzrə müavini Devid Kohen jurnalistlərlə görüşündə deyib: "Bu sanksiyaları qoymaqla İran hüquq-mühafizə qüvvələrinin Suriya xalqını əzmək üçün Bəşər Əsəd hökumətinə göstərdiyi gizli hərbi yardımları ifşa etdik". Bundan əlavə, İsrail hakimiyyəti də İrana qarşı əlavə sanksiyaların tətbiqi barədə qərar qəbul edib. Belə ki, İranla ticarət əlaqəsində olan şirkətlər üzərində nəzarət artırılacaq, çirkli pulların yuyulmasında onların iştirakı yoxlanılacaq. "Hakimiyyət İranla ticarət əlaqəsi saxlayan şirkətlərlə əməkdaşlığı kəsəcək. Sanksiyaların təsdiqi üçün İran İsrailə, formalda olsa, düşmən dövləti elan olunacaq" - deyən İsraili baş nazirinin müşaviri Aleks Selskinin sözlərinə görə, hökumət sanksiyaların icrasına nəzarət məqsədi ilə özəl qərargah yaradacaq. Müşavir əlavə edərək deyib: "Bu, İranın atom-nüvə proqramına qarşı mübarizədə qəbul edilmiş vacib addımdır. Biz bununla Tehran hakimiyyətinə qarşı iqtisadi sanksiyaları qəbul edən dövlətlər sırasında öncüllərdən olmaq niyyətindəyik".

Bu arada dünyanın ən böyük dəniz nəqliyyat şirkəti "Maersk line" bəyanat yayaraq İranın bir neçə limanında fəaliyyətini dayandırdığını açıqlayıb. Bəyanatda deyilir ki, bu addım ABŞ-ın İrana qarşı qoyduğu sanksiyalarla bağlıdır: "Maersk line" şirkəti öhdəlik götürüb ki, xarici ticarətlə əlaqədar İrana qarşı qoyulan sanksiyalar və beynəlxalq nəzarət sistemi ilə əməkdaşlıq etsin. Məhz buna görə də şirkət özünün İranın "Bəndər Abbas", "Bəndər Xomeyni" və "Osləviyyə" limanlarındakı fəaliyyətini dayandırmağı qərara alıb". "Maersk line" dəniz nəqliyyat şirkətinin bu addımının İrana ərzaq və yeyinti mallarının nəqlinə ciddi xələl gətirəcəyi güman edilir.

XALQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter