English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranın spikeri Bakıda Amerikaya şeytan dedi Bazar

AZOH: Laricani Bəşər Əsədi himayə etdiklərini deyib, onun hərəkətlərini «islahat» kimi qiymətləndirib

Amerika və Israil Suriyada problem yaratmağa çalışır. Bunu Bakıda səfərdə olan Iran parlamentinin sədri Əli Laricani dünən keçirdiyi mətbuat konfransında bəyan edib. Tunis, Misir, Bəhreyn, Liviyada baş verən hərəkatların sürətlə yayıldığını deyən Ə.Laricaninin sözlərinə görə, proseslərin sürətlə baş verməsi amerikalıları çaş-baş salıb(APA).

Parlament sədri Amerikanın bölgədəki son fəaliyyətlərini “şeytan hərəkətləri” adlandırıb. “Biz Amerikanın şeytan hərəkətlərinə göz yummamalıyıq”, - deyən Laricani əlavə edib ki, ABŞ və Israil Suriyanın addımlarından və Livandakı nüfuzundan çox narahatdır. “Bəşər Əsəd islahatlar aparır və biz bunu alqışlayırıq. Biz demokratik hərəkətləri himayə edirik. Yəni ya islahat aparmalı, ya da dəyişiklik olmalıdır. Yəmən və digər ölkələrdə də vəziyyət belədir. Əgər onlar özləri islahatlar aparsaydı, vəziyyət belə olmazdı”, - deyə Laricani ölkəsinin Suriyanı dəstəklədiyini ifadə edib. Laricani onu da qeyd edib ki, Amerika bu gün Livanda sabitliyin formalaşması istəmir. Lakin bütün addımlara baxmayaraq, Livan rəhbərlərinin səyi nəticəsində bu sabitlik qorunur:"Amerika bu məğlubiyyətinə görə yeni bir qarışıqlıq yaratmağa çalışır. Qərəzli olacağı indidən bilinən bir məhkəmə də yaradılıb. O məhkəmənin üzərində o qədər siyasi yük var ki, indidən qərarlarının doğru olmayacağını demək olar. Sual oluna bilər, sionist rejim indiyədək nə qədər cinayət törədib? Qəzzadakı cinayətlər, Qəzza xalqına yardım aparan Azadlıq Karvanına qarşı törədilən cinayətə niyə məhkəmə qurulmadı?”

SHERQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter