English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Prezident yardımçısı: Satqınlar Təbrizdə “Ərəb Körfəzi” şüarını səsləndiriblər

“Azəridilli İslahatçılar” adlı bir qrupun təşkil etdiyi mərasimdə danışan İran prezidentinin azlıqlar məsələləri üzrə yardımçısı Əli Yunesi bu yaxında Şərqi Azərbaycan vilayətində baş verən etirazlarda “Ərəb Körfəzi” şüarının səsləndirildiyini irəli sürüb və bu şüarı səsləndirənləri satqın adlandırıb.

Bu haqda İran Televiziyasının xəbər agentliyi məlumat yayıb.

İran və Körfəz ölkələri arasında qızğın polemikaya səbəb olan “Fars Körfəzi ya Ərəb Körfəzi” mübahisəsi son illərdə İranın daxilində də münaqişələrə yol açıb. Bu körfəz Azərbaycan Respublikasında İran Körfəzi, Türkiyədə isə Bəsrə Körfəzi adlandırılır.

“İŞİD cərəyanı İslam Xilafəti deyil Ərəb Xilafətini bərpa etməyə çalışır,” deyə söyləyən İranın qeyri-fars etnik qrupları və dini azlıqlarla bağlı məsələlər üzrə prezident yardımçısı Höccətül-İslam Əli Yunesi tarixdə İran və ərəblər arasında baş verən qarşıdurmalara işarə edərək ərəblərin özlərini təhqir edilmiş hiss etdiklərini ifadə edib.

“Şərqi Azərbaycanda baş verən son olaylarda satqın bir qrup iyrənc və təhlükəli bir hərəkətdə Ərəb Körfəzi şüarını səsləndiriblər. Bunlar nə azəridir, nə də İranlı. Azərilər bu hərəkətlərə icazə verməməlidirlər,” deyə Əli Yunesi “Azəridilli İslahatçılar” adlı qrupun iclasında dilə gətirib.

İran Azərbaycanında kütləvi aksiyalar - 9 noyabr 2015İran Azərbaycanında kütləvi aksiyalar - 9 noyabr 2015

İranın sabiq Təhlükəsizlik Naziri “son olaylar” deyərək, İran televiziyasında türkləri aşağılayan proqramın yayımlanmasından sonra keçirilən kütləvi etirazlara işarə edir.

Noyabrın 9-da Azərbaycan vilayətləri və İranın digər bölgələrində başladılan və təqribən bir həftə davam edən kütləvi aksiyalarda İran hakimiyyəti tərəfindən “türklərə qarşı yürüdülən ayrı-seçkilik və irqçi siyasətlər” həmçinin türk toplumunun azəri adlandırılmasına kəskin etiraz bildirilmişdi.

İran Azərbaycanında kütləvi etirazlar, ya futbol matçları zamanı “Ərəb Körfəzi” ifadəsinin səsləndirilməsini bəzi türk fəallar dəstəkləyir. Bu fəallar həmin şüarın Azərbaycan vilayətlərində türk adlarının farscaya çevrilməsinə etiraz etcə də, Əhvaz ərəblərinə dəstək mahiyyəti daşıdığını önə çəkirlər.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter