English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İran azərbaycanlıların qurultayından ehtiyat edir

AZOH: İran parlamentinin sədri Əli Laricaninin Bakıya qəfil səfəri siyasi kuluarlarda birmənalı qarşılanmadı. Bakıda dərc olunan tirajlı qəzetlərdən biri olayla bağlı maraqlı şərhlər verib. Etibarlı mənbədən aldığı məlumatı oxucuları ilə bölüşən qəzet yazır ki, İran spikeri Bakıya bir sıra mesajlarını çatdırmağa gəlibmiş. İran spikerinin gəlişi öncəsi Bakıda Dünya Azərbaycanlılarının növbəti qurultayına hazırlıq prosesi gedirdi. Qəzetin yazdığına görə, spikerin rəsmi Bakıdan tələblərindən biri də Bakıda fəaliyyət göstərən QHT-lərin, siyasi və ictimai təşkilatların, qəzetlərin İraın ərazi bütövlüyü ilə bağlı fəalliyyətinin qadağan olunmasıdır. Bəllidir ki, Azərbaycan dövlətinin təşkilatçılığı ilə neşə illərdir ki, dünya azərbaycanlılarının azərbaycançılıq, Azərbaycan Respublikası ətrafında birləşdirilməsi məqsədilə önəmli addımlar atılır. Bakıda bir neçə dəfə diaspora tədbirləri keçirilib. Məqsəd dünyaya səpələnmiş Azərbaycan türklərinin ana vətənlə bağını möhkəmlətmək, diasponaın imkanlarını genişləndirməkdir. Azərbaycanlıların yalnız 9 milyonu Azərbaycan Respublikasında yaşayır. Dünya üzrə 50 milyondan artıq azərbaycanlı var. Onların böyük əksəriyyəti indi İran adlanan ölkədə yaşayırlar. Pəhləvilərədn qalma panfarsist siyasəti davam etdirən İranın hakim molla rejimi soydaşlarımızın hüquqlarını tapdalayır, onların milli kimliyini unutdurmağa çalışır. Buna etiraz edən Güney Azərbaycan türkləri ya öldürülür, ya da həbslərə atılır. Ən yaxşı halda mühacirətə yollanırlar. Ötən əsrdə 100 minlərlə azərbaycanlı İranı tərk edərək mühacirətə üz tutublar. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların ötən əsrin 90-cı illərindən etibarən Azərbaycan Respublikası ətrafında birləşmə prosesi başlanıb. Bakıda keçirilən bütün tədbirlərdə iştirak edən azərbaycanlılar təbii ki, öz problemlərindən danışır. İranda yaşayan soydaşlarımızın hazırkı durumunu onlardan yaxşı bilən yoxdu. Vətən həsrətli bu insanların nitqində təbii olaraq Güneylə bağlı, Güney insanına zülm edən rejimlə bağlı ifadələr olacaq. İranı qıcıqlandıran da budur. Ötən qurultayda Avropada yaşayan güneyli ziyalılardan birinin “Vahid Azərbaycan” ifadəsini işlətməsi İran rejiminin narazılığına səbəb olmuşdu. İranın bu kimi ifadələrə qarşı qısqanclığı haradasa anlaşılandır. Amma İran rejiminin həyasızlıqla Güney Azərbaycan türklərinin hüquqlarını diqqət mərkəzinə gətirən QHT-lərin, ictimai təşklatların, siyasi partiyaların, hətta qəzetlərin qapadılmasını tələb etməsi absurdur. Əvvəla, Azərbaycan İran kimi despotik ölkə deyil ki, insanların sərbəst düşünməsinə belə müdaxilə eləsin. Azərbaycanda İrandan fərqli olaraq ictimai-siyasi təşkilatlar müstəqildir, sərbəstdir. Hətta Azərbaycanda siyasi quruluşun dəyişdirilməsini istəyən təşkillatların belə fəaliyyətinə icazə verilir. Müstəqil qəzetlər hakimiyyət eleyhinə məqalələr yazır, ölkədə yaşayan azsaylı xalqlar öz ana dilində təhsil alır, qəzet və jurnallarını buraxır, İctimai Televiziya etnik qrupların dilində verilişlər hazırlayır. Azərbaycanda etnik çoxluq türklərdi, amma bizdə hər hansı etnik qrupun hüquqları pozulmur. İranda isə hakim xalq olan farslar özləri azsaylıdır. Böyük çoxluq türklərdi, amma ana dilində təhsil hüquqları yoxdu. İrna 35 milyonluq türkün haqqını verməkdən, huquqlarını təmin etməkdən, problemlərini həll etməkdən, Azərbaycan Respublikasının daxili işlərinə qarışır, xaricdə yaşayan azərbaycanlıların toplantısından belə əndişə keçirir. Bu da təsadüfi deyil. Bakıdakı hər toplantıda iki yerə bölünmüş azərbaycanlılara qarşı tarixi ədalətsizlik lənətlənir, İran hakimiyyətinin antitürk siyasti ifşa edilir. İran rejimi anlamaq istəmir ki, bu kimi təzyiqlərləı tarixi prosesin qarşısını almaq mümkün olmayacaq. Azərbaycanın bütövləşməsi tarixi zərurətdir və mütləq reallaşacaq.

OLAYLAR

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter