English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Üç türk dil haqları fəalı Xoy zindanına göndərilib

Bu ilin fevral ayında Dünya Ana Dili Günü ərəfəsində Qərbi Azərbaycan vilayətində nəzarət altına alınıb və daha sonra məhkəmədə “rejimə qarşı təbliğat”da günahlandırılan üç türk dil haqları fəalı dünən dekabrın 15-də məhkum olduqları bir ay həbs müddətini tamamlamaq üçün Xoy zindanına göndəriliblər.

İranın təhlükəsizlik qurumu üç gənc fəal İslam Əli Əkbərli, Araz Xassətaraş və Əmin Hacılını fevralın 17-də Xoy şəhərində nəzarət altına alıb, iki həftə sorğu-suala çəkdikdən sonra zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxmışdı.

Xoylu fəallar daha sonra Xoy İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə olundular.

Amerikanın Səsinin əldə etdiyi məhkəmə hökmünün təsvirinə əsasən, “hakim Ettelaatın apardığı araşdırmalar və hazırladığı hesabat, eləcə də müttəhimlərin hazırladığı çağırış vərəqələrinə əsaslanaraq üç fəalı İran İslam Respublikasının müqəddəs nizamına qarşı təbliğat aparmaqda günahlandırıb üç ay həbsə məhkum etdi.”

 “üç fəal irəli sürülən ittihama qarşı özlərini müdafiə edib, ana dili gününü qeyd etmək istiqamətində fəaliyyətlərinin mədəni mahiyyət daşıdığını, ana dili mövzusuna təhlükəsizlik məsələsi kimi yanaşmağın doğru olmadığını ifadə etmişdilər.”

Fəalların Qərbi Azərbaycan Apellyasiya Məhkəməsinə müraciəti həbs müddətinin üç aydan bir aya düşməsi ilə nəticələnib.

İran Azərbaycanında həbs edilən türk fəallar adətən “rejimə qarşı təbliğat”, “pantürkizm”, “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “qanunsuz təşkilatlarda üzvlük”kimi ittihamlarla üzləşirlər.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter