English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İrandan Azərbaycana qarşı silahlı təxribat

AZOH: İyulun 3-də Azərbaycan-İran sərhədində atışma olub. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, bazar günü saat 13.15 radələrində Yardımlı rayonunun Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasının ərazisindən silahlı şəxslər sərhədi pozub. Sərhəd naryadına qarşı qəfildən silah tətbiq edilməsi nəticəsində leytenant Quliyev Rüfət Firudin oğlu ağır güllə yarası alıb, o, zastavaya aparılarkən yolda keçinib. Dövlət sərhədinin pozulmasının qarşısı alınıb, silahlı şəxslər İran İslam Respublikasına qaçıblar.

Bu vaxta qədər bir neçə dəfə İrandan Azərbaycan sərhədinin pozulması halı olub. Əksər hallarda sərhədi qaçaqmalçılar pozub. Lakin bu dəfə atəş açanların kimliyi barədə məlumat verilmir. İnsidentin İran parlamentinin sədri Əli Laricaninin Azərbaycana səfərindən dərhal sonra baş verməsi də müəyyən fikirlərin ortaya çıxmasına səbəb olur. Hadisəni şəth edən politiloloqlar bunu BMT sanksiyaları ilə üzləşən İranın müxtəlif təxribatlara əl atması kimi qiymətləndiriblər. Hesab olunur ki, İrana qarşı sanksiyalar getdikcə sərtləşir. Xüsusilə ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar kifayət qədər ciddi nəticələr verməyə başlayıb. Son insidentin də bununla hər hansı əlaqəsi olduğu şübhələri var. Sərhəd pozuntusu iləı əlaqədar başqa verisyalar da var. Hesab edilir ki, İran Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış canlanmadan narahatdır. Qeyd edək ki, bir müddət öncə İran tərəfi prezident səviyyəsində bəyan etmişdi ki, Ermənistanla iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir. İran tərəfi konkret planlarının da təqdim etmişdi. İyuçun 3-d baş vermiş sərhəd insidenti də təsadüfi sayıla bilməz. Maraqlıdır ki, rəsmi Tehran Azərbaycan sərhəddinin İran siilahlıları tərəfindən pozulması, sərhədçi zabitimizin öldürülməsi faktına münsibət bildirməyib. Hadisələri şərh edən siyasi analitiklərin fikrincə, silahlı təxribat İran tərfindən bilərəkdən törədilib. Məqsəd son zamanlar mövqeləri güclənmiş Azərbaycan tərəfinə təzyiq etmək, Azərbaycan dövlətinin Güney Azərbaycana təsirini azaltmaqdır. Bakıda keçirilən dünya azərbaycanlılarının qurultayları ərəfəsində və ondan sonrakı dövrdə İran tərəfinin bu cür təxribatları olur. 35 milyon Güney Azərbaycanlının hüquqlarının pozan İran tərəfi Azərbaycan dövlətinin İranın şimalında öz tarixi yurdlarında yaşayan azərbaycanlılara sahib çıxmasına hər vasitə ilə mane olmağa çalışır. Azərbaycan dövləti bütün dünya azərbaycanlılarının vətənidir. Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlılarının hüquqları ilı maraqlanmalıdır. Azərbaycan dövləti İranın ərazi bütövlüyü ilə bağlı heç bir iddia ilə çıxış etməyib. Sadəcə, Bakıda fəalliyyət göstərən QHT-lər, siyasi partiyalar Güney Azərbaycan türklərinin hüquqlarının pozulmasını tez-tez diqqətə gətirirlər. İran tərəfi bundan da narahatdır.

İran tərəfinin sərhəd təxribatına əl atması bir növ xəbərdarlıqdır. Ekspertlər hesab edir ki, İranın bundan artığına gücü çatmayacaq. Çünki Azərbaycan NATO ilə əməkdaşlıq edir, NATO üzvü Türkiyə ilə hərbi müqavilə imzalayıb. İranın bu cür təxribatları davam edərsə, yəqin ki, İran lazımi cavabını alacaq.

OLAYLAR

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter