English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Azərbaycan yük təyyarəsi qəzaya uğrayıb

AZOH: Rəsmilər hadisənin Əfqanıstan paytaxtı Kabul kənarında baş verdiyini deyiblər.

Rəsmilərin dediyinə görə, təyyarə çərşənbə axşamı saat 21.26-da Bakıdan 8 ton yüklə uçub. Əfqanıstanda Amerikanın rəhbərlik etdiyi missiyaya təchizat aparan təyyarə Baqram hava bazasında enməyə çalışarkən qəzaya uğrayıb.

"İyulun 6-da, Kabul vaxtı ilə saat 00.10-da Silk Way Airlines şirkətinə məxsus və Bakıdan Baqrama uçan təyyarə Kabulun 25 kilometrliyində qəzaya uğrayıb" – AZAL dövlət hava yolları şirkətinin bəyanatında deyilir.

Əfqanıstan nəqliyyat nazirliyinin sözçüsü Nangyalai Qalatwal Frans Press agentliyinə deyib ki, heyət üzvlərinin hamısı ölüb və qəzadan sağ qalan olmayıb. “Cəsədlər yanıb və müəyyən olunmaz haldadırlar” – o deyib.

“Təyyarə tamamilə dağılıb və qalıqları böyük əraziyə səpələnib” – Əfqan rəsmisi bildirib.

Cənab Qalatwal deyib ki, hava şəraitinin pis olması və yaxud ərazidə döyüşlərin getməsinə dair heç bir məlumat olmadığından təyyarənin dağlıq ərazidə nədən qəzaya uğradığı aydın deyil.

Qara qutu

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşduğu ehtimal olunur.

Adminstrasiya rəsmiləri İL-76 təyyarəilə əlaqənin yerli vaxtla 01.40-da itdiyini, amma heyətin hər hansı fövqəladə hal barədə məlumat vermədiyini bildiriblər.

Azərbaycan hakimiyyəti həmçinin təyyarə Əfqanıstana yola düşərkən onun heç bir texniki probleminin olmadığını deyib. Rəsmi açıqlamada təyyarənin 2005-ci ildə istehsal olunduğu və fevral ayında tam texniki baxışdan keçdiyi bildirilir.

Əfqanıstan hakimiyyyəti NATO-dan təyyarənin qəza səbəblərinin araşdırılması üçün qara qutunun aşkar edilməsində yardım istədiyini bildirib.

ABŞ-ın rəhbərlik etdiyi NATO qüvvələri Əfqanıstan hökumətini 10 ildən bəridir ki, Taliban silahlılarına qarşı davam edən müharibədə dəstəkləyir.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter