English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Ərdəbildə 5 fəala həbs cəzası, 6 fəala isə bəraət verilib

Ötən ilin noyabr ayında İran Azərbaycanında keçirilən kütləvi etirazlara qatıldıqları zaman Ərdəbildə nəzarət altına alınıb və müvəqqəti olaraq sərbəst buraxıldıqdan sonra “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamı ilə mühakimə edilən 11 türk fəal haqqında hökm çıxarılıb.

məhkəmə sənədinin surətinə istinadən, Ərdəbil İnqilab Məhkəməsi ötən il dekabrın 28-də mühakimə etdiyi fəallar Səid Sadıqifər, Tovhid Əmir Əmini, Saleh Piçqanlı, Meysəm Colani və Möhsün Möhsünzadəni 3 ay və bir ay həbs cəzasına məhkum edib.

Əli Xeyrcu, Əli Vasıqi, Behruz Şahbazi, Murtaza Pərvin, Mehrdad Şahbazi və Rəhim Qulami isə həmin hökmə istinadən bəraət qazanıblar.

Keçən ilin noyabr ayında İranın dövlət televiziyasında uşaq proqramında türklərin aşağılanması ardından İran Azərbaycanı və Tehranda baş qaldıran kütləvi etirazlarda bir çox fəal polis zorakılığına məruz qalaraq həbs edilib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter