English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

5 güneyli fəal bəraət qazanıb

Keçən ilin iyul ayında Şərqi Azərbaycan vilayətinin Qaradağ bölgəsində yerləşən Babək Qalasında nəzarət altına alınan 5 güneyli fəal “millətçilik fəaliyyələri” ilə bağlı onlara qarşı irəli sürülən “rejimə qarşı təbliğat aparmaq” ittihamından bəraət qazanıblar.

Behzad Əbdi, Abbas Şadmənd, Məhəmməd Rəşidi, Fərdin Muradpur, Əkbər Əbulzadə və Qasım Dəşti ötən iyul ayının 17-də Babək Qalasında keçirilən bir mərasimdə birgə rəqs edib, türkcə şeirlər oxuyub və şüarlar səsləndirdikləri üçün nəzarət altına alınmışdılar.

Fəallardan Qasım Dəşti bir neçə saatdan sonra sərbəst buraxılsa da, başqaları daha sonra səsləndirdikləri şüarlara görə “rejimə qarşı təbliğat aparmaq”da günahlandırılaraq, İran İnqilab Məhkəməsinin Kəleybər şöbəsində mühakimə edilib..

Məhkəmə sənədiMəhkəmə sənədi

“Müttəhimlər Babək Qalasında toplanıb və şeir oxumaq, nitq və separatçı şüarlar səsləndirmək yoluyla qanunu pozublar. Bunlar bölgədə hazır olan polis gücləri tərəfindən sənədləşdirilib, ancaq, müttəhimlər qalaya sadəcə gəzmək üçün gedib və qanunu pozmadıqlarını söyləyiblər. Onlardan çəkilən bir videoda isə, müttəhimlər aralarında qadınların da oduğu bir qrupa türk dilində birgə şeir oxuyurlar və eyni zamanda başqa bir qrup da rəqs etməklə məşğuldur. Onlar həmçinin Babəkin cəsurluğu haqqında nitq söylədikdən sonra qurd kimi uluyaraq dağılırlar.”

Hakim Dehqani tərəfindən imzalanan sənəddə mərasim əsnasında olanların müsəlman bir toplumun adət və qaydalarına uyğun olmasa da, “İran İslam Respublikasının müqəddəs nizamının möhkəm və güclü təməlinə” qarşı olmadığı və üzərində ən kiçik təsir buraxmadığını nəzərdə tutaraq fəallara bəraət hökmü çıxarıldığı bildirilib.

Hökmdə həmçinin müttəhimlərin əməlləri onların gənc yaşı və ictimai təcrübəsizliyi ilə əlaqələndirilib.

“Rejimə qarşı təbliğat fəaliyyəti” ittihamı adətən İranın İnqilab Məhkəmələri tərəfindən və siyasi fəallar, jurnalistlər, dil haqları və qadın haqları fəallarına qarşı irəli sürülür. İranın İslami Cəza qanununun 500-cü maddəsinə əsasən hakimlər bu ittihamla məhkum olan şəxlərə 3 aydan bir ilə qədər həbs cəzası verə bilər.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter