English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

ELÇİBƏYƏ 50 ADAMIN ÖLDÜRÜLMƏSİ İTTİHAMI VERİLİBMİŞ

AZOH: Əyyub Kərimov: “İxtiyar Şirinin imzaladığı deyilən sənəd əlyazma deyil, maşinkada doldurulmuş xüsusi dövlət blankıdır”

1993-cü il, iyunun 4-də baş vermiş dövlət əleyhinə qiyam ilə bağlı həmin prosesin içərisində olmuş adamlardan - keçmiş baş prokuror Əli Ömərovdan, sabiq baş prokuror İxtiyar Şirindən, vəkil Aslan İsmayilovdan götürdüyümüz müsahibələr və Nemət Pənahlının lent yazısı bir çox gizlinləri aşkara çıxardı. Əli Ömərovun müsahibəsində bir fikir də səsləndi ki, İxtiyar Şirnin mərhum Əbülfəz Elçibəy haqqında o, prezident olarkən verdiyi həbs barədə sanksiyanın surəti hüquqşünas Əyyub Kərimdə də var.

Bu məsələyə aydınlıq gətirməsi üçün Əyyub Kərimlə əlaqə saxladıq. Hüquqşünas onda bu sənədin surəti olduğunu təsdiqlədi: “Mən onu ”Femida" qəzetində bir neçə dəfə dərc etmişəm. Sonuncu dəfə həmin sənəd 13 iyun 1998-ci ildə çap olunub. Lakin mən verilən açıqlamalarla tanış olanda təəccübləndim, çünki həmin sənəd əllə yazılmayıb. Əli Ömərov deyir ki, İxtiyar onu öz dəst-xətti ilə yazıb, amma məndə olan sənəd xüsusi dövlət blankıdır. Axı həbs qərarı əlyazma ilə ola bilməz, bu xüsusi blankdır və onu “maşınka” ilə doldurublar. Orada yalnız tarixdə bir rəqəm əlyazma ilədir. Blankın yuxarısında onu imzalayan şəxs kimi “İ.Şirinov” göstərilib və iki yerdə imza var. Bu sənəd 5 iyun 1993-cü ildə imzalanıb. Həmin imzalar eynidir, lakin mən deyə bilmərəm bu İxtiyar Şirinin öz imzasıdır, ya yox. Hərçənd ki, İxtiyar bəy özü sənədə imza atdığını bildirir. Əgər iddia varsa ki, əlyazma ilə başqa bir sənəd var, onu ortaya çıxarsınlar".

Həmin sənədi bu yaxınlarda rəhbəri olduğu qəzetdə təkrar çap edəcəyini deyən hüquqşünas bildirdi ki, Ə.Elçibəyə Gəncədə baş verən qiyamda 50 nəfər dinc sakinin qəsdən öldürülməsinin, 200 nəfərin isə qəsdən yaralanmasının baiskarı kimi həbs qərarı verilib: “Həbsin icrası isə o vaxtkı daxili işlər naziri Abdulla Abdullayevə tapşırılıb. Sənəddə belə göstərilir. Lakin bu sənəd əlyazma deyil. Nemət Pənahlının lent yazısında o deyir ki, mən diqtə etdim, Əli Ömərov da bunu yazdı. Axı o zaman Nemət Pənahlının heç hüquqi savadı belə yox idi ki, bu cür hüquqi sanksiya diqtə etsin. İkincisi isə heç Əli Ömərovun özünün oturub bu sənədi ”maşınka"da doldurmasına ehtiyac yoxdur. Onu “maşınkaçı”ya tapşırsaydılar o da yazardı".

Ə.Kərimovla söhbətdən aydın oldu ki, bu cür həbs qərarlarının əlyazma ilə aparılması qanundankənardır: “Prokurorluqda heç bir şəxs indiyə kimi həbs qərarını əllə yazdığını deyə bilməz. Axı bunun qaydası var”.

Müşahidələrə və məntiqi nəticəyə görə, belə aydın olur ki, həmin sənəd Gəncədə Əli Ömərovun rəhbrəlik etdiyi nəqliyyat prokurorluğunda doldurulub. Çünki həmin dövrdə bütün prokurorluq sistemində həbslə bağlı blanklar eyni tərtibatda, formada olub; fərqi yoxdur ki, bunu baş prokuror doldurur, ya adi müstəntiq, blank eynidir. Və bu sənəddə diqqəti cəlb edən heyrətamiz məsələ prezident Elçibəyə absurd ittiham verilməsidir. Çünki həmin vaxt Gəncədə baş verən qiyamın məsuliyyəti qiyamçıların üzərində olub. Gəncə hadisələri zamanı 50 adamın qətlə yetirilməsi, 200 nəfərin yaralanması isə ağ yalandır. Bu cür ağ yalandan ibarət ittihamla prezidentə sanksiya yazılması (axı hər bir halda bunu hüquqşünaslar yazıb-E.M.) sadəcə ağlamalı bir hadisədir.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter