English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Yəmən diktatoru vurulandan sonra ilk dəfə göründü

AZOH: Yəmən prezidenti Əli Adbulla Saleh iyunun 3-dən bəri ilk dəfə televiziyada görünüb. İyulun 7-də Yəmənin dövlət televiziyası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda çəkilmiş video müraciəti yayıb. Kamera qarşısına üzündə yanıq izləri, əlləri bintlə sarıqlı çıxan prezident 8 dəfə əməliyyat olunduğunu deyib.

Fevral ayından Yəməndə xalq üsyanı gedir. Əsas tələb 1978-ci ildən prezident kürsüsünü tutan Salehin istefasıdır. Qarşıdurmalarda yüzlərlə adam həlak olub. Saleh iyunun 3-də prezident sarayına artilleriya hücumunda yaralanıb. İyunun 4-də o, Səudiyyə Ərəbistanına yollanaraq xəstəxanaya yerləşdirilib.

Hazırda prezident səlahiyyətlərini vitse-prezident Əbd-Rəbbihi Mənsur Hadi həyata keçirir.

“Media forum” saytı xəbər verir ki, 7 iyul çıxışında Saleh siyasi dialoqa hazır olduğunu deyib. Proseslərin konstitusiya çərçivəsində aparılmasını vacib saydığını vurğulayan prezident onu istefaya səsləyən müxalifəti tənqid edib.

Saleh ölkəyə nə vaxt qayıdacağı haqda heç nə deməyib.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter