English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

XRİSTOFYASIN PLANLARI POZULDU

AZOH: Cenevrədə BMT-nın baş katibi Ban Ki Mun və rum lider Dmitris Xristofyasla görüşən Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu Ərcan hava limanında jurnalistlərə açıqlama verib.

Ankara ilə QKTC-nin siyasətinin tamamilə üst-üstə düşdüyünü qeyd edən Əroğlu Cenevrədə torpaq məsələsi ilə bağlı ortaya qoyduğu mövqenin Xristofyasın bəzi planlarını pozduğunu deyib.

Müzakirələrin ucu açıq şəkildə davam edəməyəcəyini bildirən QKTC lideri artıq proqramın ortaya çıxdığını və irəliyə dönük addımların konkretləşdiyini söyləyib. Dərviş Əroğlu Xirstofyasın müzakirələrdə sıx-sıx zəmin diskussiyası yaratdığını xatırladaraq müzakirələrin və iki toplumluluğun zəminlərinin bəlli olduğunu deyib: "Zəmin mübahisəsi ilə zaman qazanma dövrü keçib. Xristofyas bu mübahisələrlə gününü gün etmək istəyirsə, biz o fikirdə deyilik. Artıq zəmin bəllidir. Mühüm olan müzakirələrin bu üç ay içərisində planlandığı şəkildə davam etdirilməsi və oktyabrda bu və ya digər şəkildə nöqtə qoyacaq vəziyyətə gəlməmizdir".

Qeyd edək ki, Kıbrısda liderlər üç aylıq müddətdə həftədə iki dəfə 6 saatlıq görüşlər keçirəcəklər. Xəritə məsələsi isə müzakirələrin son mərhələsində müzakirə ediləcək.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter