English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

SURİYADA NÖVBƏTİ QANLI CÜMƏ

AZOH: Suriyada bu gün yenə qan tökülüb.

Mərkəzi Qahirədə yerləşən Suriya Milli İnsan Haqları Təşkilatının rəhbəri Ammar Kurabi təhülksəzilik qüvvələrinin nümayişçilərə atəş açması nəticəsində İdlib vilayətinin şərqindəki Maarat Əl Numan qəsəbəsində 3 nəfərin vurularaq öldürüldüyünü söyləyib.

Kurabi başqa bir nümayişçinin də paytaxt Dəməşqə bağlı Midanda dünyasını dəyişdiyini qeyd edib.

Dəməşq ətrafındakı Sakba və Humusda da nümayişçilərə atəş açıldığını deyən Kurabi təhlükəsizlik qüvvələrinin dünən gecə Harastanın bir qəsəbəsində 3 nəfəri öldürdüyünü bildirib.

Suriyanın şimalındakı Hama şəhərində mitinqə çıxan iqtidar əleyhdarlarının sayının 450 mini keçdiyi xəbər verilir. Suriya insan haqları müdafiəçilərindən Abdulkərim Rihavi Əl Assi meydanı və meydana çıxan yollarda 450 mindən çox insanın aksiya keçirdiyini deyib.

Nümayişçilərin Əsadın istefasını tələb etdiyini bildirən Rihavi hələlik təhlükəsizlik qüvvələrinin müdaxilə etmədiyii bildirib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter