English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Urmiyədə Ana Dili Gününü qeyd edən seçki qərargahı möhürlənib

Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyədə Fevralın 26-da İranda keçirələcək parlament seçkilərinə namizəd və sabiq millət vəkili Seyid Salman Zakirin seçki qərargahının gənclər və tələbələr şöbəsinin Dünya Ana Dili Günü ilə bağlı törən təşkil etdiyi üçün möhürləndiyi bildirilir.

Bu haqda məlumat yayan Oyan News veb səhifəsinə istinadən, təhlükəsizlik qüvvələri qərargahın “əlaqədar qurumlardan icazə alınmadığı” səbəbi ilə qapadıldığını irəli sürüblər.

Sosial şəbəkələrdə yayılan şəkillərə əsasən, fevralın 21-də Seyid Salman Zakirin seçki qərargahında keçirilən törənə qatılanlar üzərində Dünya Ana Dili Günü və türk dilində təhsil haqqı tələbinə dair şüarlar yazılmış plakatlar nümayiş etdiriblər.

Gənc iştirakçıların əllərində nümayiş etdirdiyi kiçik və böyük plakatlar üzərində “Dünya Ana Dili Günü dili yasaqlanmış türklərə qutlu olsun!”, “Türk dilində mədrəsə”, “Yaşasın Azərbaycan”, “Günəş hələ sönməmiş, türkün dili ölməmiş”, “Azərbaycan diyarımız, türk dili iftixarımız” və “Urmiyə Gölü türk elinin həyatıdır” kimi şüarlar yazılıb.

Aşıq musiqisinin ifa edildiyi tədbirdə həmçinin bir neçə tələbə (öyrənci) və türk dil haqları fəalı, o cümlədən, Ehsan Salmasi, Rza Haqqi, Pərvanə Sakini, Sima Sakini, Atilla Seyfi, Cavad Rzayi və Əli Dərgahi ana dili və kimlik mövzusu ilə bağlı nitq söyləyiblər.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter