English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Lisani ailəsi Ərdəbil məhkəməsində dindirilib

İranın Şiraz zindanında sürgün həbsində olan tanınmış güneyli fəal Abbas Lisaninin həyat yoldaşı Ruqəyyə Əlizadə və oğulları Əli və Mehdi Lisani fevralın 23-də Ərdəbil Məhkəməsinin ikinci şöbəsində dindiriliblər.

Lisani ailəsinin bildirdiyinə görə, onlar məhkəmə tərəfindən irəli sürülən sualların münasibətsiz və yersiz olduğu üçün cavab vermək və məhkəmə kağızlarını imzalamaqdan imtina edib.

Bir neçə həftə öncə telefon vasitəsilə və şifahi olaraq məhkəməyə çağrılan Ruqəyyə Lisani rəsmi çağırış olmadan məhkəməyə müraciət etməyəcəyini bildirməsi ardından Ərdəbil məhkəməsinin ikinci şöbəsi onun və iki oğlunun adına rəsmi məhkəmə çağırışı göndərmişdi.

Hüquq müdafiəçiləri bundan öncə də Rüqəyyə Lisani və digər ailə üzvlərinin türk fəallarla əlaqə saxlamamaq və Abbas Lisaninin durumu ilə bağlı müsahibə verməmək üçün İranın təhlükəsizlik və məhkəmə qurumları tərəfindən təhdid və basqılara məruz qaldığını bildiriblər.

Ötən illərdə İranın müxtəlif zindanlarında həbsdə olmuş Abbas Lisani 2011-ci ildə Urmiyə Gölü ilə bağlı kütləvi etirazlara qatıldığına görə İran İnqilab Məhkəməsi tərəfindən məhkum olunduğu birillik həbs cəzasını çəkmək üçün öncə ötən ilin iyul ayında Ərdəbil zindanına göndərilib, daha sonra Fars vilayətinin mərkəzi Şiraz şəhərinin həbsxanasına sürgün edilib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter