English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

“azərbaycanın urmudakı səsi”nin törəni güvənlik güclərinin basqısıyla yarıda qaldı”

AzoH: bugün “azərbaycanın urmudakı səsi” qurumu bir törən daha keçirəmiş və bu törən güvənlik güclərinin basqısı ucbatından yarımçıq qalmışdır.

bu oturumda “azərbaycanın urmudakı səsi” qurumunun amacları və dəstəklədiyi adaylar üzərində danışıqlar olmuşdur. 

oturumun başlanğıcında “azərbaycanın urmudakı səsi”nin baş yazmanı urmu bilimyurdu öyrənçisi “yasir rəncbəri(savalan)” qurumun söyləmi ilə ilgili danışmış və bu qurumun seçkilər dönəmi azərbaycan milli hərəkəti söyləmi uğrunda atdığı addımdan söz açaraq “azərbaycan milli hərəkətindən seçkilər uğrunda deyil, seçkilərdən azərbaycan milli hərəkəti uğrunda yararlanmalıyıq” deyə açıqlama yapmışdır. bu öyrənçi fəal eləcədə urmu bilimyurdunda seçkilər qabağı millətçi öyrənçilərə qarşı yürüdülən siyasət və basqılardan da söz açmışdır.

ardında “azərbaycanın urmudakı səsi”nin baş yönəldicisi “sina həsəni” bu qurumun danışığa girdiyi adaylardan danışmış və dəstəklənən adaylar üzərində incələmə yapmışdır. eləcədə bu fəal, bu qurumun qurucularının gənc və öyrənçi olduğundan dolayı, gənc fəalların azərbaycan milli hərəkətindəki önəmini vurğulamış və seçkilər dönəmi bu qurum fəallarının azərbaycan milli hərəkəti söyləmini yaymaqda etkili davranışından söz açmışdır.

törən sürdürülürkən bir bölüm güvənlik gücü sitadın qapısının qabağında toplanmış və qatılımçılar arasında qorxu atmosferi yaratmağa çalışmışdır. sonrası birneçə şəxsi geyimli güvənlik gücü içəri girəmiş və törənin qurucularından “bu törən mücəvvizlidir” sözünü eşitdiyinə baxmayaraq qurucuları basqılamış və törən yarımçıq sona çatmışdır.

AzoH

 

 

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter