English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

?Cənubi Sudanın müstəqilliyi Dağlıq Qarabağ üçün presedent ola bilərmi

AZOH: Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandian deyib ki, Cənubi Sudanın müstəqlliyinin élan edilməsi başqa etnik və ərazi münaqişələri üçün də nümunə ola bilər.

Nalbandian iyulun 9-da yayılan bəyanatında bildirib ki, Cənubi Sudanda keçirilən referendum və sülh prosesinin ardınca müstəqll dövlət olması xalqların dinc yolla öz müqəddaratının təyni etməsinə nümunədir. Ermənistan rəhbərliyi yanvar ayında da oxşar bəyanatlar vermişdi.

İyulun 10-da açıqlanmış rəsmi nəticələrə əsasən, Cənubi Sudanın Sudan Respublikasından ayrılmasına 98.83% əhali səs verib.

Sudan prezidenti Ömər Həsən Əhməd əl-Bəşir (Omar Hassan Ahmad Al-Bashir) isə referendum nəticələrini rəsmən qəbul edib.

BMT-nin Baş katibi Pan Gi Mun (Ban Ki-moon) Cənubi Sudanın ayrılması barədə referendumun nəticələrini təqdir edib.

Bu barədə BMT-nin rəsmi saytında məlumat verilir.

Pan Gi Mun sabitlik və inkişafa nail olmaq üçün bütün ölkələri Cənubi Sudana dəstək verməyə çağırıb və BMT tərəfindən də bu dəstəyin olacağını vəd edib.

Bəs Azərbaycan Cənubi Sudanın müstəqilliyini tanıyıbmı? Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov AzadlıqRadiosuna bu sualı şərh etmək istəməyib.

Sudanın cənubunda əhalinin əksəriyyəti etnik afrikalılardır. Ölkənin şimalında isə ərəblər yaşayır. Onlar arasında 20 il vətəndaş müharibəsi olub.

Cənubi Sudanı tanıyan ölkələrin siyahısında Azərbaycanın adı keçmir.

AZADLIQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter