English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Qarabağ mövzusu Vaşinqtonda müzakirə olunacaq

AZOH: Rusiya Xarici İşlər naziri Sergey Lavrov Vaşinqtona yollanıb. Vaşinqtonda Rusiya Xarici İşlər naziri ABŞ prezidenti Barak Obama və ABŞ Dövlət Katibi Hillari Klinton ilə görüşlər keçirəcək.

Müzakirə ediləcək məsələlər arasında Qarabağ mövzusunun da olacağı gözlənilir.

LinklərLavrov Yerevan və Bakıda prezidentlərlə görüşübYerevan: növbəti görüşə hazırlıq Yerevan Bakının düzəlişlər irəli sürdüyünü deyirMövzularMünaqişələr, Siyasət, Hadisələr, Bölgə Rusiya mətbuatına əsasən, Sergey Lavrov ABŞ tərəfini Pusiya prezidenti Dmitri Medvedevin Azərbaycan və Ermənistan prezidentlərinə göndərdiyi

müraciəti və təklifləri ilə tanış edəcək.

Bu arada Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki, rəsmi Bakı Rusiya prezidenti Dmitri Medvedevin təklifini öyrənir.

"Biz Prezident Medvedevin təklifini diqqətlə öyrənirik və onunla tam tanış olduqdan sonra öz cavabımızı təqdim edəcəyik", - XİN rəhbəri bildirib.

Qarabağ mövzusu Azərbaycan Xarici İşlər nazirinin iyulun 17-18 Moskvaya səfəri gedişində də müzakirə olunacaq.

İyulun 11-də Rusiya xarici işlər naziri ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun amerikalı (Robert Bradtke), fransalı (Bernar Fasye), rusiyalı (İqor Popov) həmsədrləri, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

Sergey Lavrov iyulun 8-də Ermənistana və Azərbaycana səfər edərək prezidentlərə Dmitri Medvedevin Kazan görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müraciətini və təkliflərini təqdim edib.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter