English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Təbriz Şəhər Şurası üzvlərinin həbsi davam edir

Təbriz Bələdiyyəsi və Şəhər Şurasında rüşvət və korrupsiya dosyesi ilə bağlı keçən həftələrdə nəzarət altına alınmış şuranın üç üzvü, bir bələdiyyə müavini və iki başqa şəxsin həbsi davam edərkən Fars xəbər agentliyi Şəhər Şurasının digər bir üzvünün də məhkəməyə çağrıldığına dair məlumat yayıb.

Agentliyə danışan Şərqi Azərbaycan Ədliyyəsinin başqanı Höccətül-İslam Müzəffəriyə istinadən, məhkəməyə çağrılan dördüncü üzvün ittihamı əldə olan sənədlərə əsasən oxunacaq və bu, onun həbs ediləcəyi anlamına gəlmir.

Şərqi Azərbaycan Ədliyyəsinin məsulları ilkin istintaq prosesinin qanuna görə gizli aparıldığı üçün rüşvət dosyesi, nəzarət altına alınanlar və məhkəməyə çağrılanlar haqqında ətraflı məlumat verə bilməyəcəklərini söyləyirlər.

Təbriz qubernatoru Rəhim Şöhrətifər Şəhər Şurasının üç üzvünün həbsdə olmasının şuranın keçirdiyi toplantılar üçün hazırda hər hansı problem təşkil etmədiyini və yetərsayın indilik təmin olunduğunu bildirir. Onun dediklərinə görə, məhkəmənin nəticəsi açıqlandıqdan sonra saxlanılan üzvlərin şuradan çıxarılıb-çıxarılmayacağına dair qərar veriləcək.

Təbriz İslami Şəhər Şurası 21 üzvdən təşkil olunur. İranda şəhərlər və kəndlərin İslami Şura üzvləri hər dörd ildən bir keçirilən seçkilər vasitəsilə müəyyən olunur. Şəhər Şuralarının əsas vəzifəsi Bələdiyyə Başqanının təyini, bələdiyyə fəaliyyətlərinə nəzarət və şəhər büdcəsini təsdiq etməkdən ibarətdir.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter