English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

RUSİYADA MİLLİ MATƏM GÜNÜ

AZOH: Rusiyada Volqa  çayı üzərində batan "Bulgaria" gəmisindən 80 nəfər xilas edilib. 55 nəfərin isə cəsədi tapılıb.


Nə sağ, nə də ölü olaraq tapılmayan 75 nəfərlə bağlı ümidlər isə azalır.


Gəminin lazım olandan çox sərnişin daşıdığı bildirilir. Fövqəladə hallar naziri Sergey Şoyqu prezident Dmitri Medvedevin yanında keçirilən müşavirədə gəmidə 208 sərnişin olduğunu deyib. Nazir sərnişinlərdən 25-nin gəmiyə sənədsiz mindiyini bildirib. Ancaq gəmiyə qanunsuz minənlərin sayının daha çox olduğu güman edilir.


Rusiya prezidenti Dmitri Medvedev 12 iyulu matəm günü elan edib. Medvedev eyni zamanda sərnişin daşıyan bütün nəqliyyat sahələrində araşdırma başladılması və günahı olanların hamısının cəzalandırılması haqda təlimat verib.


Rusiya Baş Prokurorluğundan verilən ilkin istintaqın nəticələrinə dair açıqlamada isə "Bulgaria" gəmisinin ən son 30 il əvvəl ciddi təmirdən keçdiyi, sol mühərrikində problem olduğu və gəmini icarəyə götürən şirkətin sərnişin daşımaq üçün lisenziyasının olmadığı bildirilib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter