English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Urmiyədə 6 məhbus asılıb

Urmiyə zindanında narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş 6 məhbus edam edilərkən, qətldə ittiham olunan 5 edam məhkumu isə həmin zindanın tək adamlıq kameralarına köçürülüb.

Bu haqda insan haqları pozuntuları ilə bağlı xəbər yayan HRA agentliyi və İran İnsan Haqları Təşkilatı (İran HR) məlumat yayıb.

Naci Keyvan, Nadir Məhəmmədi, Əli Şəmgərdiyan, Əziz Nuriazər, Firudin Rəşidi və Heydər Əmini may ayının 17-də asılaraq edam ediliblər.

HRA-nın məlumatına görə, qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əfv edilmək üçün son səylər nəticə vermədiyi təqdirdə tək adamlıq kameralara köçürülən məhkumların edam hökmü yaxında həyata keçiriləcək.

Keçən bir ay ərzində əsas etibatilə etnik və dini azlıqların yaşadığı bölgələr olmaqla İranda edam hökmlərinin sayının kəskin artdığı müşahidə edilir.

Hüquq müdafiəçiləri İranda artmaqda olan edamlara qarşı cəmiyyətdə həssas münasibət yaratmağın getdikcə çətinləşdiyini ifadə edərək, həm İran əhalisi, həm beynəlxalq ictimaiyyətin artıq edam xəbərlərinə adət etməyə başladığına diqqət çəkir.

Beynəlxalq qurumların yaydığı hesabatlara əsasən, prezident Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra İranda tətbiq edilən edam hökmlərinin sayı kəskin şəkildə artıb.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter