English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Abbas Lisaninin həbs müddəti bitib, amma sərbəst buraxılmır

İnsan haqları qrupları İranın Şiraz zindanında sürgün həbsində olan tanınmış fəal Abbas Lisaninin məhkum olduğu həbs müddətinin bitdiyinə baxmayaraq sərbəst buraxılmadığı üçün aclıq aksiyasına başladığını bildirirlər.

İranda insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyi bildirir ki, Təbriz Mərkəzi Zindanı, Ərdəbil Zindanı və Kərəcin Rəcayi-şərh zindanında saxlanılan azı 11 türk fəal da aclıq aksiyasına başlayaraq Lisaniyə dəstək verdiklərini elan ediblər.

İran məhkəmələri mütəmadi qaydada türk fəalları "pantürkizm" və "separatçılıq" ittihamları ilə həbsə məhkum edirlər.

İran məhkəmələri mütəmadi qaydada türk fəalları "pantürkizm" və "separatçılıq" ittihamları ilə həbsə məhkum edirlər.

HRA-nın yazdığına görə, Abbas Lisaninin Urmiyə Gölü ilə bağlı kütləvi etirazlara qatılmaq ittimahı ilə məhkum olunduğu həbs müddəti may ayının 18-də sona çatıb, ancaq yeni ittihamlar o cümlədən, "pantürkizm" və "separatçılıq"-da günahlandırılaraq haqqında yeni məhkəmə prosesi başladılıb.

Milli fəal 2011-ci ildə Urmiyə Gölü ilə bağlı kütləvi etirazlara qatıldığına görə İran İnqilab Məhkəməsi tərəfindən məhkum olduğu bir illik həbs cəzasını çəkmək üçün 2015-ci ilin iyul ayında Ərdəbil zindanına göndərilib, bir neçə aydan sonra Fars vilayətinin mərkəzi olan Şirazda Adil Abad zindanına sürgün edilib.

    Lisani 2015-ci ilin iyul ayında Ərdəbil zindanına göndərilib, bir neçə aydan sonra Fars vilayətinin mərkəzi olan Şirazda Adil Abad zindanına sürgün edilib.

2011-ci ildə nəzarət altında saxlanıldığı müddəti də nəzərə alaraq türk fəalın bir illik həbs cəzası mayın 18-də sona çatıb.

Abbas Lisani 2006-cı ilin may ayında İran Azərbaycanında baş verən kütləvi etirazlardan sonra həbs edilmiş və 18 ay həbsə məhkum edilərək Əhər zindanına göndərilmişdi. Həbsdə olarkən təkrar başqa bir ittihamla mühakimə edilən fəalın həbs müddətinə 12 ay əlavə olunmuşdu. Lisani həmin illərdə 30 aylıq həbsinin 10 ayını sürgündə və Yəzd vilayətinin zindanında keçirib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter