English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Abbas Lisani müvəqqəti azadlığa buraxılıb

Urmiyə Gölü ilə bağlı kütləvi etirazlara qatılmaq ittihamı ilə məhkum olunduğu bir illik həbs müddətinin may ayının 18-də bitdiyinə baxmayaraq sərbəst buraxılmadığı üçün aclıq aksiyasına başlayan Abbas Lisani nəhayət mayın 25-də zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Bu haqda insan haqlarına dair mövzuları nəşr edən media, o cümlədən HRA agentliyi məlumat yayıb.

Tanınmış türk fəal 2011-ci ildə təşkil olunan kütləvi Urmiyə Gölü etirazlarına qatılması səbəbilə aldığı həbs cəzasını Fars vilayətinin mərkəzi olan Şirazın Adil Abad zindanında sürgündə çəkməkdə idi.

Abbas Lisaninin azadlığının qəti deyil, müvəqqəti şəkildə olmasının səbəbi "pantürkizm" və "separatçılıq" kimi ittihamlar ilə haqqında yeni məhkəmə prosesinin başladılmasıdır.

Ərdəbilli fəal 2006-cı ilin may ayında İran Azərbaycanındakı kütləvi etirazlardan sonra həbs edilmiş və 18 ay həbsə məhkum edilərək Əhər zindanına göndərilmişdi. Həbsdə olarkən təkrar başqa bir ittihamla mühakimə edilən fəalın həbs müddətinə 12 ay əlavə olunmuşdu. Lisani həmin illərdə 30 aylıq həbsinin 10 ayını sürgündə və Yəzd vilayətinin zindanında keçirib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter